GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Molla rejimi üçün son başladı – İrana "Ərəb baharı" mesajı

Molla rejimi üçün son başladı – İrana "Ərəb baharı" mesajı

Tarix: 25-11-2022, 17:20 Bölmə :Dünya Baxış: 90


Molla rejimi üçün son başladı

“İranda baş verənlərə baxın, görün nə edirlər, təsəvvür edin ki, heç kim onlara diqqət etmir”.

Bunu iranlı musiqiçi Fərnaz Ohadi “The Media Line”a açıqlamasında deyib.
Ohadi İranda baş verənlərə diqqət yetirilməyəcəyi təqdirdə molla rejiminin daha qroxunc əməllər törədəciyini bildirir: “Bizə lazım olan şey bu hökumətin indi etdiyindən daha pis şey etməsinin qarşısını almaq üçün İrana daim diqqət yetirməkdir”.
Ohadi qeyd edir ki, İran xalqı 1979-cu ildə molla rejimi hakimiyyəti ələ keçirəndən bəri - 43 ildir etiraz edir. Bununla belə, o vurğulayır ki, indiki etiraz dalğası öz miqyası və tələblərinə görə əvvəlkilərdən fərqlənir. Musiqçi İran xalqının ölkədə dəyişiklik tələb etdiyini söyləyir.
Ohadi molla rejiminin xalqı yorduğunu və bezdirdiyini deyir: “Etiraz edən kifayət qədər insan var. Çünki bununla başa düşürlər ki, artıq itirəcəkləri heç bir şey, gedəcəkləri heç bir yer yoxdur”.

Ohadi söyləyir ki, son 43 ildə kortəbii nümayişlər tez-tez baş verir və buna cavab olaraq rejim daha da aqressivləşir: “Onlar üçün insanları öldürmək, yox etmək və ya həbs etmək çox asan olub. Addımlarını hər dəfə daha da kəskinləşdirir”.

Buna baxmayaraq, Ohadinin sözlərinə görə, İran xalqı ilk dəfədir ki, dini rejimi dəyişməyə çağırır. O deyir ki, xalqın əsaslı dəyişiklik tələb etmək və bunun üçün etirazı davam etdirməkdən başqa çarəsi yoxdur: “Əgər təslim olsalar, rejim onları biçəcək. Yəni həyatlarından məhrum ola bilərlər”.

Ohadi deyir ki, molla rejiminin fərqli fikirlərə görə insanlara qarşı tətbiq etdiyi təzyiq və repressiyalar xalqı daha da qəzəbləndirib.

Geosiyasət və beynəlxalq təhlükəsizlik üzrə analitik Ramon Flores isə qeyd edir ki, xalq səkkiz həftədir molla rejiminə qarşı etirazını davam etdirir və bu, kifayət qədər böyük zamandır.

“İran hökuməti baş verənlərdən narahat olmalıdır. Çünki bu etiraz dalğası 2011-ci ildə başlayan “Ərəb baharı”na çox bənzəyir. Bu proses o zaman Tunisdə özünü yandıran Məhəmməd Buazizinin ölümü ilə başlamışdı. Bu etirazlar bir neçə Yaxın Şərq diktatorunu devirən qiyamlara çevrildi”, - ekspert deyir.

Flores hesab edir ki, İranda “Qadınlar, həyat, azadlıq” şüarı altında davam edən etirazlar təkcə məcburi hicabla bağlı deyil: “Bu etirazlar həm də İrandakı yoxsulluq, insan hüquqlarına hörmət edilməməsi və pis iqtisadi duruma görə artan sosial narazılığı əks etdirir”.

Floresin fikrincə, bu etirazlar hələlik rejimi dəyişməsə də, iranlıların həyatında müəyyən irəliləyişlərə səbəb olub: “İnternetdə və ya sosial şəbəkələrdə paylaşılan videolarda qadınların viral şəkildə hicablarını çıxardıqlarını görürük. Artıq İran hökuməti hicab taxmayan hər bir qadını həbs edə, cərimələyə və öldürə bilmir”.

Analitik kütləvi etirazların İrana qarşı qlobal narazılığı artırdığını da vurğulayır. O, bu kontekstdə dayanmış nüvə danışıqlarının İrana ağır təsirlərinə, eləcə də Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi hücum dronlarına da diqqət çəkir.
“Bütün bunlar İran rejiminə qarşı üst-üstə yığılır və bu, qadın inqilabına güc verir”, - Flores söyləyir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nataşalar fars-molla rejiminə qarşı

    Nataşalar fars-molla rejiminə qarşı ...

    26-12-2012, 12:57

  • 
  • "MOLLA REJİMİ İLƏ ÖZ DİLİNDƏ DANIŞMAĞA BAŞLAYIBLAR" - ELŞƏN ƏLİSOY

    "MOLLA REJİMİ İLƏ ÖZ DİLİNDƏ DANIŞMAĞA ...

    22-09-2018, 20:06

  • 
  • İranda kürd üsyanı yetişir

    İranda kürd üsyanı yetişir ...

    15-12-2012, 15:02

  • 
  • Molla rejimi antiazərbaycan hücumuna başladı

    Molla rejimi antiazərbaycan hücumuna başladı ...

    10-04-2013, 10:25

  • 
  • İRAN-MOLLA REJİMİ DİNDARLARDAN DİNDARLARA NECƏ ÖTÜRÜLÜR?

    İRAN-MOLLA REJİMİ DİNDARLARDAN DİNDARLARA NECƏ ...

    1-10-2022, 16:21


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (154)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu