GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İntensiv zənglər: Əvvəlcə Əliyevə, ardınca isə Tokayevə…

İntensiv zənglər: Əvvəlcə Əliyevə, ardınca isə Tokayevə…

Tarix: 17-02-2023, 12:40 Bölmə :Dünya Baxış: 156

Fevralın 16-da Qazaxıstan və Ukrayna prezidentləri Kasım-Jomart Tokayevlə Volodimir Zelenski arasında Ukrayna tərəfinin təşəbbüsü ilə telefon danışığı olub.


GUNDEMXEBER.AZ xəbər verir ki, rəsmi məlumatlara görə tərəflər iki ölkə arasındakı “humanitar əlaqələri” müzakirə ediblər.

Rəsmi məlumatda bildirilir:

“Kasım-Jomart Tokayev Rusiya və Ukrayna arasında silahlı münaqişənin BMT Nizamnaməsi və hamı tərəfindən tanınan beynəlxalq hüquq əsasında diplomatik həllinə tərəfdar olduğunu deyib”.

Azattık yazır ki, Ukrayna və Qazaxıstan prezidentləri arasında bundan əvvəlki telefon söhbəti ötən ilin noyabrında olub. O vaxt Volodimir Zelenski Tokayevi ikinci müddətə prezident seçilməsi münasibətilə təbrik etmişdi.

Mürəkkəb vaxtda

Bəzi şərhçilər diqqəti belə bir məqama çəkirlər ki, sözü gedən telefon söhbəti Rusiya ordusunun Ukrayna şəhərləri üzərinə hücumlarının son dərəcə şiddətləndiyi, amma həm də qazaxıstanlıların ukraynalılara köməyinin artdığı bir vaxta təsadüf edir.

Bu ilin əvvəllərindən yayılan məlumatlarda deyilir ki, Qazaxıstan könüllüləri Ukraynaya milli çadırlar – yurtalar, sandıqlar, generatorlar və başqa tələbat malları göndərirlər.

Ötən ay qazax iş adamlarının Ukraynanın bir sıra şəhərlərində əhali üçün yardım çadırları açması Rusiya XİN tərəfindən tənqid olunmuş, amma rəsmi Astana bu ittihamları qəti şəkildə rədd etmiş və bildirmişdi ki, sözü gedən xeyriyyə fəaliyyətləri ilə Qazaxıstan hökuməti yox, biznesmenlər və könüllülər məşğul olur.

Bir gün əvvəl Əliyevlə…

Bundan bir gün əvvəl Azərbaycan prezidenti administrasiyasından verilən məlumatda deyilirdi ki, fevralın 15-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xidməti bildirirdi ki, telefon danışığı əsnasında Ukrayna prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, göstərilən humanitar yardımlara görə İlham Əliyevə təşəkkürünü bildirib:

“Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər”.

Zelenski və Əliyev arasında telefon söhbəti barədə Ukrayna tərəfi də məlumat yayıb.

Məlumatda bildirlir ki, iki prezident ölkələrinin beynəlxalq platformalarda əməkdaşlığını müzakirə ediblər.

Ukraynanın “Yevropeyskaya pravda” saytında deyilir ki, Volodimir Zelenski bu barədə özünün Twitter-də yazıb:

“Azərbaycan prezidenti ilə telefonda danışdım. Ona Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyinə, habelə göstərilən humanitar yardıma görə təşəkkürümü bildirdim. Biz beynəlxalq meydançalarda əməkdaşlığı müzakirə etdik”.

“Yevropeyskaya pravda” yazır ki, Azərbaycan yanvar ayında Ukraynaya iki dəst enerji avadanlığı, o cümlədən böyük gücə malik ehtiyat elektrik stansiyası və gərginlik transformatorları verib.

Bu da qeyd olunur ki, Ukrayna müharibəsi ilə bağlı Azərbaycan Ukraynaya indiyədək 30 milyon manatlıq (17.5 milyon dollar) yardım göstərib.

Xəbərdə deyilir ki, son 6 ayda Azərbaycanın müxtəlif təşkilatları Ukrayna əhalisinə humanitar yardım göndərib.

Bundan başqa 90 ukraynalı uşaq sosial-psixoloji bərpa üçün Azərbaycana gətirilib. Xəbər verilir ki, bu müddətdə İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan 12 nömrəli məktəb bərpa olunub. Məktəb Rusiya qüvvələrinin hücumu nəticəsində tamamilə dağılmışdı.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Putin və Poroşenko arasında telefon danışığı olub

    Putin və Poroşenko arasında telefon danışığı olub ...

    3-09-2014, 12:21

  • 
  • Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

    Rusiya və Türkiyə prezidentləri arasında telefon ...

    17-08-2020, 15:10

  • 
  • Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri

    Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri ...

    16-12-2019, 12:59

  • 
  • İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verdi

    İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı ...

    27-12-2019, 11:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu