Gundemxeber.az » Dünya » Bayden ölkədəki silahlı insidentləri ABŞ-ın “epidemiyası” adlandırıb
ABŞ Prezidenti Cozef Bayden Missisipi ştatında baş verən atışmadan sonra silahlı zorakılığı “epidemiya” adlandırıb.
Gundemxeber.az-in məlumatına görə, Amerika lideri Konqresi bununla "artıq indi" mübarizə aparmaq üçün addımlar atmağa çağırıb.
"Bu ilin əvvəlindən 48 gün keçir və ölkəmiz artıq ən azı 73 kütləvi atışma ilə üzləşib. Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı epidemiyadır və Konqres indi hərəkətə keçməlidir", - Bayden deyib. O, həmçinin Missisipidə atışma baş verəndən bu günədək federal hüquq-mühafizə orqanlarının ştat hakimiyyəti ilə sıx əlaqədə olduğunu bildirib. Baydenin sözlərinə görə, o, yerli administrasiyaya federal hakimiyyət orqanları tərəfindən tam dəstək verilməsini əmr edib.
Gundemxeber.az
27-05-2021, 11:27
4-05-2021, 12:33
16-04-2021, 11:38
3-10-2019, 10:30
20-05-2016, 22:59
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?