Gundemxeber.az » Dünya » Peskov Putinin prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırıb
Rusiya Prezidenti Vladimir Putin hələ 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı niyyətləri barədə danışmayıb.
Bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu barədə bəyanat eşitmisiniz? Mən də eşitməmişəm”, - deyə Peskov Putinin seçkilərdə iştirak edib-etməyəcəyinə qərar verib-verməməsi ilə bağlı sualı cavablayıb.
Belə bir bəyanatın nə vaxt verilə biləcəyi ilə bağlı suala Peskov - “Bilmirəm”, - deyə cavab verib.
Fevralın 21-də Putin Federal Məclisə müraciətində 2023-2024-cü illər üçün nəzərdə tutulan seçkilərin, o cümlədən prezident seçkilərinin ciddi qanunlara uyğun və bütün demokratik prosedurlara uyğun keçiriləcəyini bildirib.
Qanuna görə, Putin 2024-cü ildə yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək hüququna malikdir. 2020-ci ilin dekabrında keçirilən böyük mətbuat konfransında prezident seçkilərə gedib-getməyəcəyinə hələ qərar vermədiyini qeyd edib.
2018-ci ildə keçirilən əvvəlki prezident seçkiləri öncəsi Putin namizədliyini irəli sürmək niyyətini üç aydan bir qədər çox öncə - 2017-ci ilin dekabrında bəyan etmişdi.
Gundemxeber.az
9-09-2020, 11:13
3-09-2018, 11:13
9-10-2020, 15:41
24-10-2019, 14:08
28-12-2020, 12:51
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?