Kreml Putinin varisi məsələsinə münasibət bildirib.
Kreml hazırda Rusiya prezidenti Vladimir Putinin varisi haqda düşünmür, seçkiyə hələ çox vaxt var. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib. “Prezident seçkilərinə uzun zaman var. Biz indi prezident seçkiləri periodunun başlanğıc mərhələsindəyik. Buna görə də, indi heç kim bu barədə düşünmür, hamı sizin də gördüyünüz kimi gərgin işlə məşğuldur "deyə RİA Novosti Kreml təmsilçisinə istinadən yazıb. Göründüyü kimi, “Putinin varisi” sualına o, belə cavab verib. Bundan başqa , prezidentin öz fəaliyyəti üçün müəyyən bir yaş həddi düşünüb-düşünmədiyi sualına “Prezidentin işi konstitusiya ilə tənzimlənir ... Onun bu məsələdəki görüşü konstitusiyaya riayət etməyə əsaslanır. Əsas qanunun müvafiq maddələrini çox yaxşı bilirsiniz ”-deyə Peskov sözlərini tamamlayıb. Daha əvvəl Putin “2024-cü ildən sonra siyasətdə qalmağı düşünürmü” sualının vaxtından əvvəl məsələ olduğunu düşünürdü. Yay aylarında isə qeyd etmişdi ki, prezident postuna varis haqda 2000-ci ildən bəri düşünür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?