Belçika Rusiyanın 58 milyard avroluq aktivlərini dondurub və Rusiya ilə bağlı 191 milyard avroluq əməliyyatları bloklayıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə krallığın Maliyyə Nazirliyi bildirib.
Fevralın 25-də qəbul edilmiş 10-cu anti-Rusiya sanksiyaları paketi Avropa banklarını öz milli tənzimləyicilərinə və Avropa Komissiyasına balanslarında bloklanmış Rusiya vəsaitlərinin məbləği barədə məlumat verməyə məcbur edir.
Beləliklə, Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reyndersin sözlərinə görə, Avropa Komissiyası Aİ-nin müsadirə etmək və Ukraynanın bərpasına yönəltmək niyyətində olduğu dondurulmuş aktivlərin inventarlaşdırılmasını həyata keçirmək niyyətindədir. Bunun üçün zəruri qanunvericilik aktları hazırlanır və qəbul edilir. Brüssel məsələ üzərində intensiv işləyir.
Sorğu
Yeni dizaynımız necədir?