Gundemxeber.az » Dünya » Kahramanmaraşda yenə zəlzələ oldu - YENİLƏNİB
Türkiyədə fevralın 6-da baş vermiş iki dağıdıcı zəlzələdən sonra təkrar yeraltı təkanlar yaşanır.
Belə təkanlardan biri də bu gün axşam saatlarında Kahramanmaraşda qeydə alınıb.
Gundemxeber.az bildirir ki, AFAD-dan verilən məlumata görə, zəlzələ 4,5 gücündə olub.
Episentri Onikişubat mahalı olan təkanların ocağı 9.8 km dərinlikdə yerləşib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
08:10
Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.
Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, Malatyanın Yeşilyurt rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
GUNDEMXEBER.AZ
3-01-2021, 09:30
23-08-2015, 11:13
23-08-2015, 11:13
10-04-2020, 13:58
20-02-2023, 22:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?