Gundemxeber.az » Dünya » Separatçı rejimdə yeni “dövlət naziri” təyin olundu
Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan martın 1-də Qurgen Nersisyanı “dövlət naziri” təyin edib.
Əvvəlki “dövlət naziri” Ruben Vardanyan fevralın 23-də postundan çıxarılıb.
“Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır.
1985-ci ildə Stepanakert (indiki Xankəndi) şəhərində doğulan Qurgen Nersisyan hüquqşünasdır. İşğalçı rejimin “prokurorluq orqanlarında” məsul vəzifələr tutub. 2021-ci il fevralın 11-dən 2023-cü il fevralın 24-dək “baş prokuror” olub.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
Araik Arutunyan 2020-ci ildən rejim başçısıdır.
GUNDEMXEBER.AZ
1-07-2019, 14:03
29-11-2018, 18:06
4-02-2014, 13:37
15-07-2020, 17:50
14-08-2020, 10:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?