GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Fuad Şahbazov: İran Azərbaycana qarşı hibrid müharibə formatına keçə bilər

Fuad Şahbazov: İran Azərbaycana qarşı hibrid müharibə formatına keçə bilər

Tarix: 2-03-2023, 17:34 Bölmə :Dünya Baxış: 177


Siyasi tədqiqatçi Fuad Şahbazov Amerikanın Səsinə müsahibəsində Azərbaycan səfirliyinə silahlı basqın, o cümlədən Azərbaycan-İran münasibətlərinin perspektivlərindən danışıb.

Amerikanın Səsi: İranda yanvarın 27-də Azərbaycan səfirliyinə silahlı basqın olub. Azərbaycan tərəfi bunu terror kimi qiymətləndirib. Sizcə səfirliyə silahlı hücumla bağlı İran tərəfinin arşdırmaları qaneedicidirmi?

Fuad Şahbazov: Bu birmənalı olaraq terror aktıdır. Çünki xarici ölkə səfirliyinə, diplomatik korpusuna silahlı şəxsin hücumu, xüsusən də şəhərin mərkəzində günün aydınlıq vaxtında hücumu terror kimi qiymənləndirilir. Biz dünyanın reaksiyasını buna qatanda görürük ki, həqiqətən də bu terror aktı kimi qiymətləndirilir. Azərbaycan üçün İranın şəffaf formada istintaq işi aparması bir az inandırıcı deyil. İlk günlərdən İranın dövlət qurumları bunu terror kimi yox, məişət zəminində baş verən bir hücum kimi qiymətləndirib.

Amerikanın Səsi: Azərbaycan prezidenti səfirliyə hücumun İran hakimiyyət orqanları tərəfindən həyata keçirldiyinə işarə edən bəyanatla çıxış edib. İran hakimiyyət orqanlarının Azərbaycan səfirliyinə silahlı hücumda hansı maraqları ola bilər?

Fuad Şahbazov: Səfirliyə hücumla bağlı İranın Azərbaycana əsasən iki dövrünü qeyd etmək lazımdır. İkinci Qarabağ müharibəsinin öncəki və sonrakı dövləri. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra 3 illik bir dövrdə biz görürük ki, Azərbaycan və İran arasında diplomatik münasibətlər kifayət qədər soyuq bir müstəviyə qədəm qoydu. Çünki burada İran dövlət rəsmləri, hətta İranın din xadimlərinin daha mühafizəkar qanadına mənsub olanlar Azərbaycanı təhdid edir. Azərbaycanın təklif elədiyi Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı xüsusi olaraq İran təhdidkar formada xəbərdarlıq edir ki, Cənubi Qafqaz regionunda sərhədlərin dəyişdirilməsi yolverilməzdir. İran heç cürə buna imkan verməyəcək. Təbii olaraq bu ikitərəfli münasibətlərdə rol oynadı. Çünki ikitərəfli münasibətlərin səviyyəsi aşağı düşdü. Daha sonra terror hücumundan bir müddət öncə İran prezidenti İbrahim Rəisi İlham Əliyevi İrana rəsmi səfər etmişdisə də, Azərbaycan tərəfi bu təklifi qəbul etmədi. Bu artıq bir göstərici idi. Digər tərəfdən də İran sübut etməyə çalışır ki, müharibədən sonra Cənubi Qafqazda geo-siyasi reallıqların dəyişməsinə baxmayaraq, İran hələ də hegemon dövlət rolunu oynayır və onu istər yumşaq güc formasında, istərsə də digər formalarda regiondakı siyasi proseslərə təsir eləmək iqtidarındadır hələ də.

Amerikanın Səsi: Azərbaycan səfirliyinə insan ölümü ilə nəticələnən silahlı basqına beynəlxalq reaksiyaları necə qiymətləndirirsiniz?

Fuad Şahbazov: Beynəlxalq reaksiyalar kifayət qədər təsirli idi. Çünki burada beynəlxalq təşkilatlardan tutmuş, digər xarici ölkələrin xarici işlər nazirləri səviyyəsində də buna qiymət verildi. Təbii biz bunu digər müstəvidə də baxmalıyıq. Çünki bilirik ki, hazırda İrana qarşı beynəlxalq təzyiqlər daha da artmaqdadır. Əlavə sanksiyalar qoyulub. Xüsusən İranın hərbi sənayesinin dron istehsalı ilə bağlı olaraq müəyyən dövlət şirkətlərinə, dronların yayılmasında rolu olan digər dövlət və qeyri-dövlət qurumlarının fəaliyyəti ilə bağlı sanksiyalar qoyulub. Ona görə də düşünürəm ki, iki müstəvidə götürsək İrana qarşı olan beynəlxalq təzyiqlər məntiqli bir davamdır. Çünki yaxın zamanda da proseslər hələ də davam edəcək. Azərbaycan bu qınaq prosesindən öz əsas maraqlarını təmin etmək üçün maksimum şəkildə istifadə edəcək.

Amerikanın Səsi: Azərbaycan silahlı hücumdan sonra səfiliyin diplomatik fəaliyyətini dayandırıb. Sizcə iki ölkənin münasibətlərinin gərgin tonda davam etməsi regionda hansı yeni situasiya yarada bilər?

Fuad Şahbazov: Müharibə ritorikasının olacağını düşünmürəm. Çünki həm İran, həm Azərbaycan anlayırlar ki, konfessional müharibə regiona çox öldürücü bir zərbə vura bilər. Amma istisna etmirəm ki, diplomatik münasibətlər uzun müddət belə aşağı səviyyədə qalacaq. Səfirliyin bağlanması ilə bağlı düşünürəm ki, istintaq prosesi yəqin ki, bir müddət davam edəcək. Amma o prosesin yekunlarının Azərbaycanı qane edəcəyini düşünmürəm. Ona görə də belə proqnoz eləmək olar ki, Azərbaycan səfirliyi hələ uzun müddət fəaliyyətini bərpa etməyəcək. Baxmayaraq ki, baş konsulluq Təbrizdə fəaliyyət göstərir. Birbaşa müharibə ehtimalı təbii ki, zəif ehtimaldır. Amma bu soyuq müharibə, hibrid müharibə formasında davam edə bilər. İran Azərbaycana qarşı hibrid müharibə formatına keçə bilər. Müxtəlif şiə qruplaşmasının əli ilə təxribatlar ola bilər. Sərhədlərdə təxribatlar ola bilər. Bu istər-istəməz Azərbaycanı anti-İran koalisiyasına üzv olan dövlətlərlə daha yaxın münasibətlərə sövq edə bilər.

Xatırlatma

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomatla səfirliyin mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Tehran Cinayət Məhkəməsinin prokuroru bildirib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan səfirliyinə hücumu terror aktı kimi qiymətləndirib. "Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram", o bildirib. Prezident terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başladıldığını bildirib.

Məlumatda deyilir ki, faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2 (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1 (terrorçuluq), 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başladılıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Bütövlük Platforması  İrandakı səfirliyimizdə törədilən terrorla bağlı BƏYANAT verib

    Azərbaycan Bütövlük Platforması İrandakı ...

    28-01-2023, 18:34

  • 
  • İran səfirliyinə hücum: Bayraq endirildi

    İran səfirliyinə hücum: Bayraq endirildi ...

    10-03-2018, 11:53

  • 
  • İranda terror aktları ilə əlaqədər daha 6 nəfər saxlanıldı

    İranda terror aktları ilə əlaqədər daha 6 nəfər ...

    11-06-2017, 12:21

  • 
  • İstanbul Polis idarəsinə silahlı basqın - daha bir terror - YENİLƏNDİ, VİDEO + FOTOLAR

    İstanbul Polis idarəsinə silahlı basqın - daha ...

    1-04-2015, 22:15

  • 
  • İran Pakistan militantlarının terror hücumu cəhdlərinin qarşısının alındığını bildirib

    İran Pakistan militantlarının terror hücumu ...

    14-03-2018, 12:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu