Türkiyə bir daha terrorla üzləşib. Vatan Caddesində yerləşən İstanbul Əmniyyət Müdürlüyündə atışma olub. İlkin informasiyaya görə, 2 terrorçu Əmniyyət Müdürlüyünün binasını odlu silahdan atəşə tutub. Musavat.com xəbər verir ki, onlardan biri canlı bomba - qadın olub. Olaya dərhal müdaxilə edən polislər onlardan birini zərərsizləşdirib. Aldığı güllə yarasından terrorçu olay yerində ölüb. Atışmada 2 polis yaralanıb. Binaya aparan yollar bağlanıb. Qaça bilən terrorçunu yarım saat sonra yaralı olaraq yaxalayıblar.
Vurulan şəxs Əmniyyət Müdürlüyü önünde yerdə yatarkən müxbirlər tərəfindən görüntülənib. Yollar bağlanıb. Ölənin qadın olduğu və üzərində bomba olduğu iddia edildi. Əmniyyət gücləri hadisə yerində təhlükəsizlik tədbirləri görürlər. Qeyd edək ki, bu olay son iki gündə üçüncü terror hadisəsidir. Onların bir biri ilə bağlı ola biləcəyi iddia edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?