Gundemxeber.az » Dünya » Türk və yapon alimlərdən xəbərdarlıq: hər an 7 baldan güclü zəlzələ gözlənilir
Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru professor Haluk Özener, yapon alimləri ilə 5 ildir Mərmərə fayını araşdırdıqlarını bildirib. “Hər an 7 baldan güclü zəlzələ baş verə bilər. Nə vaxt olacaq? Heç kim bilmir. İndi nə etmək lazımdır? Bütün tikintilərin keyfiyyəti yoxlanılmalı, ən pis ehtimala hazır olmalıyıq” – professor bildirib.
Gundemxeber.az-ın məlumatına görə, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Mərmərə fayının fərqli xüsusiyyətlərini anlamaq üçün 5 ildir ölçmələrə başlayıb.
Haluk Özener əlavə edib: “Zəlzələlərin miqyasını, müddətini, mərkəzini və vaxtını təyin etmək üçün istifadə olunan seysmometrlərlə yerin hərəkətləri davamlı olaraq qeydə alınır və məlumatlar toplanır. Mərmərə dənizinin 1200 metr dibində olan qurğular hər 6 aydan bir dənizin müxtəlif nöqtələrinə yerləşdirilir. Qırılma (fay) xətləri gəmilərlə xəritələnir. Bütün bu işlər imkan verir ki,fəlakət barədə öncədən məlumatımız olsun xüsusiyyətlərini bu yana başa düşmək şansımız var”.
Gundemxeber.az
17-08-2017, 14:58
24-10-2016, 20:49
27-05-2014, 10:42
11-11-2020, 13:00
25-05-2014, 13:05
Sorğu
Yeni dizaynımız necədir?