Gundemxeber.az » Dünya » Britaniya Ukraynaya vəd etdiyindən 2 dəfə çox tank verəcək
Britaniya 2022-ci ildə ABŞ-dan sonra Ukraynaya ən çox hərbi yardım edən ikinci ölkə olub.
GUNDEMXEBER,AZ bildirir ki, Böyük Britaniya Ukraynaya vəd etdiyindən iki dəfə çox tank verəcək.
Söhbət Britaniya istehsalı olan “Challenger 2” tanklarından gedir.
Bunu Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Vadim Pristayko Azadlıq Radiosunun Ukrayna xidmətinə müsahibəsində deyib.
Böyük Britaniya Ukraynaya verdiyi AS-90 özüyeriyən haubitsaların da sayını artıracaq, həmçinin daha çox ukraynalı əsgərə öz poliqonlarında təlim keçəcək.
Səfirin sözlərinə görə, Britaniya hökuməti belə bir qərarı prezident Vladimir Zelenskinin fevralın 8-də Londona səfərindən sonra verib.
“Challenger 2″-yə gəlincə, biz 14 yox, iki dəfə çox tank alacağıq. Bundan əlavə, Böyük Britaniya Ukraynaya 155 mm-lik özüyeriyən 33 AS-90 haubitsaları verəcək”, – səfir bildirib.
Mənbə yazır ki, Böyük Britaniya Rusiyayanın Ukraynaya hücumundan bəri Ukraynanı fəal şəkildə dəstəkləyən əsas ölkələrdəndir.
2022-ci ilin sonunda Böyük Britaniya, Birləşmiş Ştatlardan sonra Ukraynaya ən çox hərbi yardım edən ikinci ölkə olub. Mənbə qeyd edir ki, Britaniya təkcə 2022-ci ildə Ukraynaya 2,3 milyard funt sterlinq məbləğində hərbi yardım göstərib.
Qeyd edək ki, Birləşmiş Ştatlar bunadək Ukraynaya uzun mənzilli -150 kilometrlik məsafəni vura bilən GLSDB raketləri, HIMARS raket sistemləri, hava hücumundan müdafiə sistemləri, əks-dron sistemləri, əks artilleriya və hava müşahidə radarları, rabitə vasitələri, “Bradley” və “Abrams” tankları və digər hərbi avadanlıqlar verib.
Birləşmiş Ştatlar bu yaxınlarda Rusiyanın dron hücumlarına qarşı durmaq üçün Ukraynaya Pətriot hava-hücumlarından müdafiə sistemləri də vəd edib.
Qeyd edək ki, NATO-nun hava məkanı hava hücumlarından əsasən bu sistemlər vasitəsi ilə qorunur.
Həmçinin ABŞ Dövlət Departamenti martın 3-də Ukraynaya 400 milyon dollarlıq yeni- 33-cü yardım paketi ayrıldığını elan edib.
Bundan başqa bunadək Ukraynaya Almaniya istehsalı olan “Leopard 2 “ tankları da verilib və qərbin Ukraynaya hərbi yardımları davam edir.
Rusiya ordusu hazırda Ukraynanın şərqində yeni hücum əməliyyatına başlayıb, ağır döyüşlər gedir.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.
Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Gundemxeber.az
9-01-2023, 18:09
5-05-2016, 18:27
15-03-2018, 18:39
8-02-2016, 14:41
27-06-2015, 05:35
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?