Çərşənbə günü Tiflisdə parlament binası yaxınlığında mindən çox insan toplaşıb. Xüsusi təyinatlılar gecə saatlarında Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane ola biləcək xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənləri dağıtdıqdan sonra bu gün aksiya bərpa olunub.
Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb. Etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutaraq çərşənbə axşamı birinci oxunuşda dəstəklənən qanun layihəsinin qəbuluna qarşı şüarlar səsləndirirlər.
Aksiyanın dinc xarakter daşıdığı bildirilsə də, polislə toqquşmalar qeydə alınıb. Aksiyanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, dünənki aksiya zamanı 66 nəfər saxlanılıb. Həmçinin, bildirilib ki, iğtişaşlar zamanı 50 polis əməkdaşı yaralanıb. Bu gün daha 10 nümayişçinin saxlanıldığı bildirilib.
14:40
Ötən gün Tbilisidə parlament binası qarşısında keçirilmiş etiraz aksiyası zamanı 66 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, həmin şəxslər tərəfindən törədilmiş hüquqpozmalarla bağlı faktlar məhkəməyə təqdim olunacaq.
Daxili İşlər Nazirliyi əlavə edib ki, iğtişaşlar zamanı 50 polis əməkdaşı yaralanıb. Onların bəziləri hələ də tibb müəssisələrindədirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?