Türkiyənin Hatay vilayətində ötən gün İstanbulun Gəzi parkı olaylarına etiraz məqsədilə növbəti aksiya keçirilib. Aksiya iyunun 2-də Əskişəhirdə nümayiş zamanı yaralanan və bu yaxınlarda Hatay xəstəxanasında dünyasını dəyişən Ali İsmail Korkmazın xatirəsinə keçirilib.
19 yaşlı gəncin dəfn mərasimindən sonra başlayan dinc aksiya bir qədər sonra polislə nümayişçilər arasında iğtişaşlara çevrilib. Polisi daşa basan və Molotoff kokteüyli atan nümayişçilərə gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilə edilib.
Toqquşmalar zamanı 2 polis, 1 əsgər və xeyli sayda nümayişçi xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?