Gundemxeber.az » Dünya » Prays: “ABŞ Ermənistan və Azərbaycan arasında problemin həllinə dəstək verməyə hazırdır”
Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında təcili sülh tələb edən “gərgin və qeyri-sabit münasibətlər”lə bağlı Amerika kəşfiyyatının proqnozu ilə razıdır.
“Bu, hər zaman təcili olub, çünki həssas vəziyyətdir”, – mətbuat katibi Ned Prays brifinqdə Turan-ın sualının cavabında deyib.
Gundemxeber.az bildirir ki, ABŞ Kəşfiyyat Birliyi təhdidlərin qiymətləndirilməsinə dair illik hesabatında belə nəticəyə gəlir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında “müəyyən irəliləyiş əldə olunub, lakin Dağlıq Qarabağın dövlət sərhədləri və gələcəyilə bağlı ən çətin məsələlər həll olunmaqdan uzaqdır”.
Hesabata görə, Ermənistan-Azərbaycan münasibətləri “sülh müqaviləsi olmadığı təqdirdə gərgin və bəzən də qeyri-sabit olaraq qalacaq”.
Öz növbəsində Prays xatırladıb ki, bu münaqişə “zorakılığa çox meylidir ki, biz son günlərdə Dağlıq Qarabağ bölgəsində bunu gördük və ABŞ bu çoxdankı münaqişənin həllini dəstəkləmək üçün əlindən gələni etmək istəyir”.
“Biz bunu həmin ölkələrlə ikitərəfli və üçtərəfli əsasda işləməklə, dialoq və diplomatiya üzrə səyləri dəstəkləməklə, onların özlərinin razılığa gəlməsinə kömək etmək üçün bütün mexanizmlərdən istifadə etməklə davam etdirəcəyik”, – o deyib.
GUNDEMXEBER.AZ
10-12-2015, 12:39
2-11-2022, 10:17
16-04-2022, 11:39
18-05-2021, 10:06
15-10-2014, 15:08
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?