GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qərb Rusiyaya qarşı sanksiyalara nəzarəti gücləndirir

Qərb Rusiyaya qarşı sanksiyalara nəzarəti gücləndirir

Tarix: 14-03-2023, 13:28 Bölmə :Dünya Baxış: 412


2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından günlər öncə Boris Livşits Nyu Hempşirdə şəhər kənarındakı evinə Floridanın bir şirkətindən hərbi spektr təhlili cihazı sifariş edib.

Rusiyada yaşayan Livşits illərlə Amerika şirkətlərindən milyonlarla dollarlıq ikili təyinatlı texnologiya sifariş edib və bu texnologiyanın ABŞ-dəki vasitəçilər və “qılaf” şirkətlər vasitəsilə Rusiyaya göndərilməsini təşkil edib.

ABŞ hüquqi sənədlərinə əsasən, bu məhsulların yekun istifadəçisinin gizlədilməsi üçün incə bir sxem hazırlanıbmış. Yekun istifadəçi isə Rusiya hərbi-sənaye kompleksidir.

Şəbəkə ötən il sındırılıb

Elektron siqnalları ölçən spektr təhlilçisi döyüş meydanında və izləməyə qarşı əməliyyatlarda istifadə olunur. Nyu Hempşirdəki evdə bu cihaz Aleksey Brayman tərəfindən qablaşdırılaraq Almaniyada Rusiya kəşfiyyatının işlətdiyi çatdırılma ünvanına göndərilib, oradansa Rusiyaya çatdırılıb.

ABŞ Rusiyanın bu şəbəkəsini yalnız ötən il sındırıb. Brayman və Livşitsə nəzarətdə olan məhsulların sanksiya altında olan qurumlara ixracında kömək etdiyi iddia olunan digər Amerika vətəndaşları həbs olunub. Estoniya polisi ABŞ-nin xahişi ilə FSB əməkdaşı olmaqda şübhəli bilinən Vadim Konoşşenok adlı üçüncü bir şəxsi nəzarət altında olan məhsulları sərhəddən Rusiyaya keçirməyə çalışarkən həbs edib. Livşits də daxil olmaqla daha dörd rusiyalı öz aralarında razılaşaraq sanksiyaları pozmaq, elektron dələduzluq və pul yumaqda ittiham olunur. Ancaq onlar hələlik, həbs olunmayıblar.

Bəzi hesablamalara görə, rusiyalıların Qərbin 2022-ci ilin fevralından sonra Rusiyaya maliyyə sanksiyalarından və ixrac nəzarətindən yayınmaq üçün yararlandığı oxşar sxemlərin sayı yüzlərlədir.

11 mindən çox məhdudiyyət

ABŞ və Avropa Rusiya iqtisadiyyatını və onun müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün fərdlərə, şirkət, məhsul və texnologiyalara, o cümlədən mikroçip ixracına 11 mindən çox məhdudiyyət qoyub.

Ancaq Rusiya Qərbin maliyyə və ixracat sanksiyaları sunamisinə ilk vaxtlar gözlənildiyindən daha çox dözdü. Rusiyaya kömək edən amillər arasında yüksək enerji qiymətləri, iqtisadiyyatın Asiyaya yönləndirilməsi, hökumət xərclərinin artırılması və sanksiyalardan yayınma da var.

Artıq müharibə və sanksiyaların ikinci ili başlayıb. ABŞ və müttəfiqləri Rusiya iqtisadiyyatı və müharibə maşınını daha çox zəiflətmək üçün nəzarəti gücləndirərək boşluqları doldurmağa fokuslanırlar.

ABŞ Xəzinədarlıq Departamentinin keçmiş baş müşaviri, hazırda Atlantika Şurasının təhlilçisi Brayan O’Tul (Brian O’Toole) AzadlıqRadiosuna müsahibəsində deyib ki, sanksiyalara tabe olma səviyyəsi əsasən normal olsa da, ixracata nəzarət sahəsində çətinliklər var.

Proqnozdan daha az kiçilmə

Hökumətin statistika agentliyi Rosstat-ın məlumatına görə, Rusiya iqtisadiyyatı ötən il 2,1% kiçilib. Qərbin sanksiyalarının ilk raundu tətbiq olunanda bir çox iqtisadçılar bu göstəricinin 10-15% olacağını planlaşdırırdılar.

Bəzi iqtisadçılar Rosstat-ın məlumatları manipulyasiya edib-etmədiyini sorğulayırlar. Çünki Prezident Vladimir Putin Rusiyanın sanksiyalar qarşısında duruş gətirməsi mənzərəsini yaratmağa çalışır. Onun hökuməti bəzi statistik məlumatların dərcinə imkan vermir. Bu isə iqtisadiyyatın dinamikasının ölçülməsini çətinləşdirir.

“Rusiya statistikanı dezinformasiya müharibəsinin alətinə çevirib”, – “Economist” jurnalının kəşfiyyat şöbəsinin qlobal proqnozlaşdırma qrupunun direktoru Aqat Demare (Agathe Demarais) ötən ay “Foreign Policy” üçün yazdığı köşə yazısında qeyd edir. Demare eyni zamanda sanksiyalar haqda kitabın müəllifidir.

Vəziyyət daha pisdir

Bundan başqa ekspertlər deyirlər ki, Rusiya iqtisadiyyatının vəziyyəti Rosstat-ın öz məlumatlarında göstərdiyindən daha pisdir. Onlar qeyd edirlər ki, nisbətən yaxşı görünən göstəricilər artan hərbi xərclərin hesabına formalaşır ki, bu da yaşayış standartlarının yaxşılaşmasına təsir etmir. Rusiyalılar ötən il xərclərini 2015-ci ildən bəri qeydə alınmış ən böyük sürətlə kəsiblər. Müharibə istehlakçıların etibarına öz mənfi təsirini göstərib.

Qərb hökumətləri sanksiyalar üzərində nəzarəti daha da sərtləşdirməyin yollarını axtarırlar.

ABŞ və müttəfiqləri eyni zamanda həm yerli şirkətlərə arzuolunmaz aktyorları müəyyənləşdirməkdə kömək edir, həm də üçüncü ölkələrə qaçaqmalçılıq və pulyuma hallarının qarşısını almağa təşviq edir.

Livşits Floridadakı şirkətə, aldığı spektr təhlili cihazının kalibri ilə bağlı apreldə yazdığı şikayət məktubunda özünün Rusiyada olduğunu bildirib, bununla da ABŞ hüquq mühafizə qurumlarını şübhələndirib və şəbəkəsini ələ verib. Səkkiz ay sonra Livşitsin ABŞ-dəki havadarları həbs edilib.

Səfərlər

ABŞ Dövlət Katibi Entoni Blinken ötən həftə sanksiyaların tətbiqi də daxil olmaqla bir sıra məsələlərin müzakirəsi üçün Qazaxıstan və Özbəkistana səfər edib. Bu ölkələr Türkiyə və Çinlə birlikdə qadağan edilmiş malların Rusiyaya ötürülməsi və maliyyə sanksiyalarından yayınma üçün tranzit rolunu oynayır.

“Biz sanksiyalara əməl edilməsi məsələsini çox yaxından izləyirik”, – Blinken fevralın 28-də qazaxıstanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Bundan bir neçə həftə öncə ABŞ Xəzinədarlıq Departamentini sanksiyalara cavabdeh olan yüksək rütbəli rəsmisi oxşar mesajları çatdırmaq üçün Türkiyə və Yaxın Şərqə səfər etmişdi.

ABŞ-nin tövsiyələri

ABŞ-nin Ədalət, Xəzinədarlıq və Ticarət departamentləri martın 2-də ölkə şirkətlərinə birgə müraciət dərc ediblər. Sənədə Livşitsin idarə etdiyi şəbəkə kimi sxemlərin arıtlanaraq təmizlənməsi ilə bağlı tövsiyələr salınıb.

Sənəddə eyni zamanda Ermənistan və Özbəkistanın Rusiyanın qadağan olunmuş malları aldığı əsas iki ölkə olduğu göstərilir.

Mütəxəssislər Qazaxıstan və Qırğızıstanın da bu baxımdan tranzit ölkələr olduğunu deyirlər. Ermənistan, Qazaxıstan və Qırğızıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvləri olması bu ölkələr arasında malların sərbəst dövriyyəsinə imkan verir.

Qazaxıstanın Xarici İşlər Naziri Muxtar Tileuberdi Blinkenlə birgə mətbuat konfransında deyib ki, Rusiya ilə gömrük sərhədinin olmaması sanksiyalardan yayınma hallarının “idarə edilməsini çox çətinləşdirir”.

Bu yaxınlarda ABŞ, Rusiyanın hərbi-sənaye kompleksinə aid “PKK Milandr” mikroelektronika şirkətinin bəzi cihazların daxilində olan mikroçipləri sifariş etmək və onların pulunu ödəmək üçün Ermənistan və İsveçrə şirkətlərindən yararlandığını iddia edib.

Noyabrda ABŞ həmin Ermənistan və İsveçrə şirkətləri və onların rəhbərlərinə sanksiya tətbiq edib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Dövlət Departamenti hərbi təyinatlı məhsulların Rusiyaya satışına qadağa qoyub

    ABŞ Dövlət Departamenti hərbi təyinatlı ...

    28-03-2014, 10:42

  • 
  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib ...

    26-01-2018, 21:55

  • 
  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib ...

    27-01-2018, 12:45

  • 
  • ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirdi

    ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirdi ...

    2-02-2017, 23:10

  • 
  • ABŞ-ın Rusiyaya qarşı elə dəhşətli sanksiyaları gəlir ki...

    ABŞ-ın Rusiyaya qarşı elə dəhşətli sanksiyaları ...

    25-12-2017, 11:41


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu