GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya daha 400 min nəfəri səfərbərliyə çağırmaq istəyir

Rusiya daha 400 min nəfəri səfərbərliyə çağırmaq istəyir

Tarix: 16-03-2023, 10:43 Bölmə :Dünya Baxış: 164


Rusiyada aprelin 1-dən müqaviləli hərbçilərin orduya yeni çağırışı keçiriləcək.

GUNDEMXEBER.AZ bildirir ki, Müdafiə Nazirliyi bu məqsədlə regionlara çağırışçıların sayını göstərən təlimatlar göndərib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə məlumat verən bir neçə Rusiya mediası ümumilikdə toplanmalı olacaq heyətin sayının 400 min nəfər olacağını bildirir.

Bu da qeyd olunur ki, yeni çağırış üzrə əsas iş regional hərbi komissarlıqların üzərinə düşəcək, amma kampaniyanın yerinə yetirilməsi üçün məsuliyyəti qubernatorlar daşıyacaq.

Müdafiə Nazirliyinin planlarına görə, məsələn Çelyabinsk və Sverdlovsk vilayətlərindən peşəkar hərbi xidmətə 10 min, Perm vilayətindən isə 9 min nəfər cəlb olunmalıdır.

Bu da xəbər verilir ki, martın 14-dən Voronej vilayətində adamlara hərbi komissarlıqlardan çağırış vərəqələri göndərilib.

Ötən ilin sentyabrında Vladimir Putin “qismən” səfərbərlik elan edəndə də bu sxemdən istifadə olunmuşdu.

Region hakimiyyətləri bu tədbirin guya “sırf hərbi qeydiyyatın qaydaya salınması” məqsədilə keçirildiyini bildirirlər.

Könüllü olmaq təklifi

Lakin Rusiyanın bəzi medialarına bildirilib ki, sənədlərin yoxlanışı zamanı vətəndaşlara könüllü olaraq Ukraynaya getmək təklif olunacaq.

Amma ekspertlər bildirirlər ki, belə təklifləri adətən çarəsiz və “heç nə itirməli olmayan” marginallar qəbul edirlər.

“Вёрстка” saytı yazır ki, hərbi komissarlıqlar Rusiya ordusunda hərbi mütəxəssislərin qıtlığını aradan qaldırmağa çalışırlar. Məsələn, hazırda orduda zirehli maşın sürücülərinin və artilleriyaçıların çatışmazlığı var.

Lakin Kremlin sözçüsü Dmitri Peskov əvvəllər olduğu kimi indi də səfərbərliyin ikinci dalğasının keçirildiyini inkar edir.

Rusiyanın Ukraynada apardığı tammiqyaslı təcavüzkar müharibədə böyük itkilər verməsi ilə bağlı ikinci səfərbərliyin keçiriləcəyinə dair söz-söhbət ötən ilin sonlarından bəri dolaşır.

Bu barədə istər bəzi Qərb ölkələrinin, istərsə də Ukraynanın kəşfiyyatları müntəzəm məlumatlar veriblər.

Kreml isə bu kimi xəbərləri bir qayda olaraq danır.

Hələ 500 min nəfər də yığa bilər

Rəsmi rəqəmlərə görə ötən ilin sentyabrından indiyədək “qismən səfərbərlik” çərçivəsində hərbi xidmətə 330 min nəfər çağırılıb.

Ötən ilin oktyabrında müdafiə naziri Sergey Şoyqu “qismən səfərbərliyin” başa çatması barədə prezidentə məruzə etmişdi.

Putin də səfərbərliyin başa çatdığını demiş, amma bu barədə heç bir rəsmi sənəd imzalamamışdı.

Bu səbəbdən Rusiyada səfərbərli faktiki olaraq dayanmadan davam edir.

Yanvar ayında Şoyqu qarşıdan gələn üç il ərzində Rusiya ordusundakı hərbçilərin sayının 1.5 milyon nəfərə çatdırılması planlarından danışmışdı.

Bunlardan yarısını müqaviləli hərbi xidmətçilərin təşkil edəcəyi düşünülür.

Və nəhayət bu həftə Dövlət Dumasına hərbi xidmət yaşının 27-dən 30-a çatdırılmasına dair qanun layihəsi təqdim olunub.

Britaniyanın The Times qəzeti bundan əvvəl Qərb kəşfiyyatındakı mənbələrə istinadən xəbər verirdi ki, Rusiya orduya daha 500 min nəfəri cəlb etmək imkanındadır.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışı barədə

    Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışı ...

    5-08-2014, 22:02

  • 
  • Çağırışçıların hərbi xidmətə başlama tarixi dəişdirilir

    Çağırışçıların hərbi xidmətə başlama tarixi ...

    19-11-2013, 12:42

  • 
  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

    Azərbaycanda hərbi xidmətə növbəti çağırış ...

    1-04-2021, 09:41

  • 
  • Azərbaycanda bu şəxslər orduya yığılır - SMS göndərilməyə başlandı

    Azərbaycanda bu şəxslər orduya yığılır - SMS ...

    29-03-2021, 20:43

  • 
  • Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI

    Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı ...

    29-03-2021, 12:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu