Prezident Volodimir Zelenskinin Donetsk vilayətinin şərqindəki şəhəri müdafiə etməyə və Rusiyaya maksimum itkilər verəcəyini vəd etdiyi bir vaxt düşmən Baxmuta aramsız hücumlarını və mülki obyektləri hədəf almağı davam edib. İtkilərin olduğu bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 15-də keçirdiyi gündəlik brifinqində Rusiyanın şərqdəki cəbhə xətti boyunca Baxmuta doğru 90-dan çox uğursuz hücumu olduğunu bildirib.
Hərbçilərin bildirdiyinə görə, Rusiya qüvvələri şərqdə aylarla davam edən döyüşün episentri olan Baxmutla yanaşı, Liman, Avdiyivka, Maryinka və Şaxttarsk istiqamətlərində də əməliyyatlar keçirir.
Müdafiə nazirinin müavini Hanna Malyar martın 14-də Ukrayna televiziyası ilə çıxışında deyib ki, Kreminna və Baxmutun şimalındakı digər yaşayış məntəqələri ətrafında ağır döyüşlər gedir.
Rusiya qüvvələri son 24 saat ərzində 40 hava hücumu və 100-dən çox raket zərbəsi endirib.
Məlumatda bildirilib ki, Xerson vilayətinin İvanivka qəsəbəsindəki mülki infrastruktura edilən raket hücumu zamanı yerli əhali arasında ölənlər olub.
Xerson vilayətinin hərbi administrasiyasının rəisi Aleksandr Prokudin keçən gün Rusiyanın Xerson şəhərindəki yaşayış binalarını atəşə tutması nəticəsində 4 nəfərin yaralandığını bildirib.
Martın 14-də Rusiya raketi Baxmutdan təxminən 50 kilometr şimal-şərqdə Kramatorskda yaşayış binasına dəyib. Bir mülki vətəndaş ölüb, üç nəfər yaralayıb.
Donetsk vilayətinin qubernatoru Pavlo Kırıklenkonun bildirdiyinə görə, martın 14-də axşam saatlarında Rusiyanın Kuraxovo şəhərini atəşə tutması elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?