Gundemxeber.az » Dünya » Bloomberg: Priqojin Vaqner-in Ukraynadakı əməliyyatlarını bitirə bilər
Vaqner özəl hərbi muzdlu qrupunun təsisçisi Yevgeni Priqojin Ukraynadakı əməliyyatları bitirə, yenidən Afrikaya fokuslana bilər. Bunu “Bloomberg” mənbələrə istinadla yazıb.
Agentliyin yazdığına görə, Rusiyanın yüksək rütbəli hərbçiləri və siyasətçiləri Priqojinə getdikcə böyüyən təhdid kimi baxırlar. Vaqner təsisçisi canlı qüvvə və döyüş sursatı çatışmazlığı ilə üzləşib. Belə ki, ona həbsxanalardan qüvvə yığmağın qadağan olunduğu, təchizatdan məhrum edildiyi bildirilir.
Vaqner döyüşçüləri aylarla çəkən hücumlara və böyük itkilərə baxmayaraq əsas hədəflərinə çata – Ukraynanın Baxmut şəhərini tuta bilməyiblər. Ona görə də Priqojin diqqətini Afrikaya yönləndirməyi planlaşdırır, mənbələr belə deyib.
Ancaq Bloomberg Priqojinin muzdlularının yenidən Afrikaya göndərilməsinə dəlil olmadığını qeyd edir. Agentlik Vaqner-in Ukrayna üçün yarım illiyə, Afrika üçün 9-14 aylığa döyüşçü yığmaqla bağlı elan verdiyini də yazır.
Rusiya qanunvericiliyi özəl hərbi şirkətlərin fəaliyyətini qadağan edir. Vaqner nə Rusiya Müdafiə Nazirliyinə, nə də digər dövlət strukturuna bağlıdır. Hakimiyyət Vaqner döyüşçülərini “könüllü” adlandırır, onların “nüfuzdan salınması”na görə cinayət məsuliyyəti müəyyənləşdirilib.
Vaqner Rusiya həbsxanalarından məhbusları öz sıralarına cəlb edib. Hüquq müdafiəçiləri on minlərlə məhbusun Ukraynaya döyüşə göndərildiyini bildirir. Priqojin daha öncə “mərmi qıtlığı” haqda danışıb, muzdlular oxşar xahişlərlə azı üç video çəkiblər. Videolardan birində Silahlı Qüvvələrin Baş qərargah rəisi Valeri Gerasimovu söyüblər.
Çoxsaylı jurnalist araşdırmaları Vaqner döyüşçülərinin Rusiyanın Suriyada apardığı quru əməliyyatlarında və Ukraynadakı müharibədə iştirak etdiyini üzə çıxarıb. Onları çoxsaylı hərbi cinayətlərin törədilməsində şübhəli bilirlər.
GUNDEMXEBER.AZ11-01-2023, 14:59
24-12-2018, 10:37
8-03-2023, 13:51
27-12-2019, 15:15
13-02-2023, 13:05
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?