Gundemxeber.az » Dünya » Litvada ikili vətəndaşlığın qanuniləşdirilməsi planlaşdırılır
Litva vətəndaşlığın sərt tənzimlənməsindən imtina edərək onu hazırda mümkün olmayan ikili və hətta çoxsaylı vətəndaşlıq formasında qanuniləşdirmək niyyətindədir.
Gundemxeber,az bu barədə TASS-a istinadən xəbər verir.
Litva qanunvericilik assambleyasının katibliyinin bu gün açıqladığına görə, 141 deputatdan 60-ı ölkə parlamentinə bu məsələ ilə bağlı 2024-cü il mayın 12-də referendumun keçirilməsi təklifi ilə çıxış edib.
“Litva Respublikasının vətəndaşlığı anadangəlmə hüquqla, eləcə də qanunla müəyyən olunmuş digər əsaslarla əldə edilir”, - konstitusiyanın vətəndaşlıq haqqında müddəasının məhz bu formada olması, oradan ikili vətəndaşlığa qoyulan qadağanın silinməsi təklif edilir.
Xatırladaq ki, 2019-cu ildə prezident seçkiləri ilə yanaşı, vətəndaşlıq barədə referendum da keçirilmişdi. Lakin o zaman bu plan lazımi seçici dəstəyi qazana bilməmişdi. Referendumda fəallıq seçicilər siyahısının 50%-dən çox olmalıdır. İkili vətəndaşlıq üzrə referendumda isə fəallıq 48,04% təşkil etmişdi.
GUNDEMXEBER.AZ
15-07-2017, 10:27
9-07-2016, 12:32
11-07-2013, 19:00
5-07-2013, 15:04
4-12-2015, 13:55
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?