GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Separatçılardan etiraf: Xankəndi-Turşsu yolundan istifadə mümkün deyil

Separatçılardan etiraf: Xankəndi-Turşsu yolundan istifadə mümkün deyil

Tarix: 28-03-2023, 15:45 Bölmə :Dünya Baxış: 165


Azərbaycan qüvvələrinin ötən şənbə günü – martın 25-də irəliləməsi nəticəsində Xankəndi ilə Turşsu arasındakı torpaq yol tamamilə bağlanıb.

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun Qarabağ separatçılarına istinadən yazır ki, onlar bu yoldan Xankəndi və Şuşa rayonunun dörd “kənd icması” arasında əlaqə üçün istifadə edirdilər.

Separatçı liderlərdən Artur Arutyunyan Azatutyuna deyib ki, bu yolla artıq heç bir hərəkət mümkün deyil, çünki Azərbaycan hərbçiləri tutduqları yüksəklikdən yola tamamilə nəzarət edirlər:

“İndi bu yol onların tutduqları yüksəklikdən tamamilə görünür və buna görə də yolla təhlükəsizlik baxımından hərəkət mümkün deyil. Onlar oradan bombalaya, güllə ata bilərlər və məqsədləri də Stepanakerti (Xankəndi-red) Xin Şen (Kiçik Qaladərəsi-red), Mets Şen (Böyük Qaladərəsi-red) və Lisaqorla (Turşsu-red) birləşdirən torpaq yolla hərəkəti dayandırmaq idi”.

Danışıqlar gedir

Ötən şənbə günü Xankəndidən verilən xəbərlərdə deyilirdi ki, Azərbaycan silahlı qüvvələri Şuşa-Turşsu sahəsində 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə müəyyən edilmiş təmas xəttini “pozub”.

Azatutyun yazır ki, Azərbaycan qüvvələrinin təmas xəttini və üçtərəfli bəyanatı “pozaraq” Sarıbaba dağından 2.9 kilometr şimal-şərqdəki yüksəkliyi ələ keçirdiyini Qarabağdakı Rusiya sülhməramlı kontingenti də təsdiq edib.

Separatçıların məlumatına görə hazırda sülhməramlılar Azərbaycan tərəfi ilə onların qüvvələrinin əvvəlki mövqelərə çəkilməsi üçün danışıqlar aparırlar.

Bakı bildirmişdi ki…

Bundan əvvəl, martın 25-də Azərbaycanın Müdafiə Nazirliyi bildirmişdi ki, Qarabağda səngər qazıntısının qarşısı alınıb.

Məlumatda hadisənin Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində müşahidə olunduğu bildirilirdi.

Nazirlik vurğulayırdı ki, kənd təsərrüfatı işləri adı altında səngər qazıntısına cəhd göstərilib, lakin görülən tədbirlər nəticəsində bu iş dayandırılıb.

Nazirlik bildirir ki, “qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir…”

Məlumatda bildirilirdi ki, silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Separatçı rejimdən acı etiraf: “Şuşanı tam itirdik, Azərbaycan ordusu Xankəndi yaxınlığındadır”

    Separatçı rejimdən acı etiraf: “Şuşanı tam ...

    9-11-2020, 21:03

  • 
  • Millət vəkili: “Xankəndi şəhərinin icra strukturu yaradılmalıdır”

    Millət vəkili: “Xankəndi şəhərinin icra strukturu ...

    28-12-2013, 15:28

  • 
  • Erməni hərbi ekspert: "Azərbaycanlı hərbçilər Xankəndi marketlərindən alış-veriş edirlər"

    Erməni hərbi ekspert: "Azərbaycanlı ...

    4-12-2020, 22:13

  • 
  • Qarabağ separatçı qurum deyil… – Kuznetsovdan sensasiya

    Qarabağ separatçı qurum deyil… – Kuznetsovdan ...

    13-03-2019, 14:02

  • 
  • Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil

    Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün ...

    22-11-2013, 11:25


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu