Bunun ilk növbədə böyük siyasi və mənəvi əhəmiyyəti var”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, ermənilər tərəfindən işğal olunmuş Xankəndi şəhərinin icra strukturunun yaradılmasının çox böyük siyasi əhəmiyyəti olacaq: “Çünki ermənilərin 1923-cü ildən Stepanakert adlandırdıqları Xankəndi şəhərimizdə yuva salmış separatçı dəstə özünün qondar rejimini yaradıb, adını “Dağlıq Qarabağ Respublikası”, mərkəzini də Stepanakert qoyub. Onlar bu Stepanakert adı altında Ermənistan pasportu ilə dünyanın müxtəlif yerlərinə gedirlər və orda tədbirlərdə iştirak edirlər. Heç olmasa, bizim Xankəndi ilə bağlı rəsmi dövlət strukturumuz olsa, biz də xankəndli adı ilə özümüzü təqdim edərik”.
E. Məmmədov qeyd edib ki, icra strukturunun yaradılması Xankəndi əhalisini bir yerdə mərkəzləşdirmək, onları vahid mərkəzdən idarə etmək baxımından da vacibdir: “Gələcəkdə qayıdış proqramı zamanı da xankəndlilər, ağdərəlilər üçün müəyyən problemlər yarana bilər. Bu baxımdan hesab edirəm ki, bu məsələ dövlət rəhbərliyinin diqqətində olmalı və müvafiq addımlar atılmalıdır”.
Sorğu
Yeni dizaynımız necədir?