Gundemxeber.az » Dünya » Dmitri Muratov: “Rus jurnalisti susdurulmasını istəmir”
Rusiya hakimiyyəti onun qəzetini bağlaya bilər, lakin jurnalist Dmitri Muratov susdurulmaqdan imtina edir
Biz Moskvada görüşəndə “Novaya qazeta”nın baş redaktoru və Rusiyanın Nobel Sülh Mükafatı laureatı Kremlin Qərblə qarşıdurmasında nə qədər irəli gedəcəyindən narahatığını ifadə edir.
Cənab Muratov mənə deyir ki,“İki nəsil nüvə müharibəsi təhlükəsi olmadan yaşayıb. “Amma bu müddət bitdi. Putin nüvə düyməsini basacaqmı ya yox? Kim bilir? Bunu heç kim bilmir. Dəqiq deyən bilən bir nəfər də yoxdur”.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hucum edəndən bəri Moskvanın nüvə müharibəsi təhdidi yüksək səslə və tez-tez dilə gətirilib.
Yüksək rütbəli məmurlar Ukraynanı silahlandıran Qərb dövlətlərinin Rusiyanı çox da uzağa itələməməli olduğuna dair incə eyhamlar vurublar. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını açıqlayıb.
Sonra onun ən yaxın köməkçilərindən biri olan Nikolay Patruşev xəbərdarlıq edib ki, Rusiyanın “istənilən düşməni, o cümlədən ABŞ-ı məhv etməyə qadir olan müasir unikal silahı” var.
Təhdid ya qorxutmaqdır bu? Yoxsa ciddi qəbul edilməli olan təhlükə? Cənab Muratov Rusiya daxilində narahatedici əlamətlər müşahidə edib.
Dmitri Muratov deyir ki, “Biz dövlət təbliğatının insanları nüvə müharibəsinin pis bir şey olmadığını düşünməyə necə hazırladığını görürük”.
Onun sözlərinə görə, Rusiyadakı “telekanallarda nüvə müharibəsi və nüvə silahları sanki ev heyvanları üçün yemək reklamı kimi təbliğ olunur”.
“Onlar elan edirlər: “Bizim bu raketimiz, o raketimiz, başqa cür raketimiz var”. Onlar İngiltərə və Fransanı hədəfə almaqdan, Amerikanı yuyub aparan nüvə sunamisinin qığılcımından danışırlar. Bunu niyə deyirlər? Buradakı insanlar hazır olsunlar”, – Dmitri Muratov deyib.
O deyib ki, bu yaxınlarda Rusiyanın dövlət televiziyasında tanınmış tok-şou aparıcısı Rusiyanın “Fransa, Polşa və Böyük Britaniya ərazisindəki istənilən hərbi hədəfi [Rusiya] üçün qanuni hədəf elan etməli olduğunu” təklif edib.
Onun fikrincə dövlət təbliğatı Rusiyanı sülh ölkəsi, Ukrayna və Qərbi isə işğalçı kimi təqdim edir. “Bir çox ruslar buna inanırlar”.
Cənab Muratov deyir ki, “Rusiyada insanlar təbliğatla şüalandırılıb”. “Təbliğat bir radiasiya növüdür. Təkcə ruslar deyil, hamı buna həssasdır. Rusiyada təbliğat on iki telekanal, on minlərlə qəzet, VK [Facebookun rus versiyası] kimi sosial mediadır və tamamilə dövlət ideologiyasına xidmət edir”.
“Bəs sabah təbliğat birdən-birə dayansa, necə? Mən soruşuram. “Əgər hər şey sakitləşsə? Ruslar o zaman nə düşünərdi?”
“Bizim gənc nəsil möhtəşəmdir” deyə cənab Muratov cavab verir. “Yaxşı təhsil alıblar. Bir milyona yaxın rus ölkəni tərk edib. Qalanların çoxu Ukraynada baş verənlərin qəti əleyhinədir. Onlar Rusiyanın orada yaratdığı cəhənnəmə qarşıdırlar”.
“Mən əminəm ki, təbliğat dayanan kimi bu nəsil – və sağlam düşüncəli hər kəs öz sözünü deyəcək”.
Dmitri Muratov danışır ki, bəzi ruslar artıq Ukraynaya hücumla bağlı etirazlar ediblər.
“Etiraz edən ruslara qarşı 21 min inzibati və cinayət işi açılıb. Müxalifət həbsdədir. KİV-lər bağlanıb. Bir çox fəallar, mülki şəxslər və jurnalistlərə xarici agent damğası vurulub”, – Dmitri Muratov bildirib.
“Putinin dəstək bazası varmı? Bəli, nəhəngdir. Amma bunlar Putini öz nəvəsi kimi görən, onları qoruyacaq biri kimi görən və hər ay onlara təqaüd verən və hər il ondan Yeni il təbriki alan yaşlı insanlardır. Bu insanlar inanır ki, onların həqiqi nəvələri döyüşə gedib orada döyüşüb ölməlidirlər”.
Keçən il cənab Muratov ukraynalı qaçqın uşaqlar üçün pul toplamaq üçün Nobel Sülh Mükafatını satış üçün hərraca çıxarıb. Onun gələcəklə bağlı ümidləri azdır.
“Bir daha heç vaxt Rusiya və Ukrayna xalqları arasında normal münasibətlər olmayacaq. Heç vaxt. Ukrayna bu faciə ilə barışa bilməyəcək”, – Dmitri Muratov deyib.
“Rusiyada rejimin bütün əleyhdarlarına qarşı siyasi repressiyalar davam edəcək”, o əlavə edir.
“Mənim yeganə ümidim gənc nəslə, dünyaya düşmən kimi deyil, dost kimi baxan və Rusiyanın sevilməsini və Rusiyanın dünyanı sevməsini istəyən insanlardır.
“Ümid edirəm ki, bu nəsil məndən və Putindən çox yaşayacaq”.
11-06-2018, 09:59
1-08-2014, 00:08
27-10-2017, 12:08
7-12-2016, 00:00
27-12-2022, 15:52
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?