Lakin bu tarixi ənənə çətin ki, ölkə başçısının aşağı düşmüş populyarlıq səviyyəsinə kömək etsin
Dünya Bu gün ABŞ-da Şükranlıq bayramı qeyd edilir. ölkə prezidenti Barak Obama üçünsə bu bayram populyarlıq reytinqinin rekord dərəcədə aşağı düşməsilə əlamətdardır. Hind toyuqlarının şükranlıq bayramı ilə bəxti gətirməyib. Bayram masalarına düşən minlərlə hind toyuğundan fərqli olaraq, Prezident Obama xeyli zarafatlaşandan sonra ona gətirilən hind toyuğunu əfv edir və onu yaşamağa buraxır.
Lakin bu tarixi ənənə çətin ki, ölkə başçısının aşağı düşmüş populyarlıq səviyyəsinə kömək etsin. Əksər sorğu mənbələrinə əsasən, bayram günlərində prezidentin populyarlıq reytinqi ilk dəfədir ki, 40 faizə enib. Görünür, baş tutmayan tibbi sığorta islahatları, Konqreslə qarşıdurma və azalmaq əvəzinə artan işsizlik öz nəticəsini verib. İqtisadi resessiyadan 4 il sonra ABŞ-da hələ də 42.2 milyon adam dövlətdən ərzaq yardımı kimi tanınan ianə alır.
Bu adamlar üçün Amerika heç də bütün xəyalların reallaşdığı ölkə deyil.
“Mən hesab edirəm ki, prezidentin siyasəti çox səmərəsizdir. Ona nə isə məsləhət də görmək gecdir. Ərzaq ianəsinə həddindən artıq adam yazılıb. Bu ehtiyac icində yaşayanların nə qədər çox olduğunu göstərir. Şükranlıq günü təqvimdə istirahət günü olsa da, bir çoxları işləmək məcburiyyətindədirlər”, - deyə ABŞ vətəndaşı Patariya Graham bildirib.
Milli Reteyl Federasiyasının məlumatına görə, bu gün mağazaların, öz illik gəlirlərinin 40 fazini, təqribən 602 milyard dollar yığacağı gözlənilir. Virciniyanın Arlinqton şəhərində kiçik mağaza işlədən həmyerlimiz üçün də Şükranlıq iş günü olacaq. Amerikada yaşayan azərbaycanlılar da bayrama maraq göstərirlər.
“Şükran bayramı bizim müqayisə etdiyimiz Novruz bayramı kimi qeyd olunur. İnsanlar mağaza və dükanları səhərə qədər açıq saxlayır. Çünki səhərədək endirimlər olur və adamlar sadəcə endirim üçün deyil, əylənmək üçün bir yerdə vaxt keçirirlər. Maraqlıdır ki, artıq neçə ildən bəri davam edən təmayülə əsasən, hər Şükranlıq bayramında mağazalar əvvəlki ilə nisbətən bir neçə saat əvvəl açılır”, - deyə ABŞ-də yaşayan Hikmət Quliyev adlı azərbaycanlı bildirib.
Qeyd edək ki, iqtisadiyyat ənənəvi bayramı da işləməyə və ya dini mərasimi yola verib, alış-verişdə endirimlərdən faydalanmağa məcbur edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?