Gundemxeber.az » Dünya » “Rusiyanın nüvə şantajı keçməyəcək” – NATO Baş katibi
“Rusiyanın nüvə şantajına boyun əyməyəcəyik”.
GUNDEMXEBER.AZ bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə mətbuat konfransında deyib.
O bildirib ki, Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək niyyətini açıqlaması Qərbi qorxutmaq cəhdidir:
“Rusiya istəyir ki, biz Ukraynaya dəstəyi dayandıraq. Amma belə olmayacaq. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”.
O qeyd edib ki, NATO ayıq-sayıq qalacaq və Rusiyanın gördüyü işləri diqqətlə izləməyə davam edəcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb. Belarus Prezidenti Aleksandr Lukaşanko martın 31-də bunu təsdiqləmişdi və nüvə-taktiki silahının yerləşdirilməsi üçün Belarusda müvafiq şəraitin yaradıldığını söyləmişdi.
GUNDEMXEBER.AZ
31-03-2023, 19:26
19-03-2018, 12:39
2-12-2020, 10:54
17-06-2015, 16:01
27-03-2023, 16:51
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?