Misir gərginliyi azaltmaq üçün İsrail, ABŞ və Fələstin qrupları ilə fəal məsləhətləşmələr aparır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, aprelin 7-nə keçən gecə Qəzza zolağı ətrafında münaqişənin yeni mərhələsi başlayıb.
Qahirə İsraildən Qəzza zolağında yaşayış məntəqələrini və mülki əhalini vurmamağı tələb edib.
Bundan əvvəl İsrailin güc strukturları bildiriblər ki, İsrail ordusunun Livanın cənub bölgələrinə endirdiyi zərbələrin hədəfi HƏMAS hərəkatının terror infrastrukturudur.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hərbçilərin HƏMAS terror təşkilatının Livan ərazisində fəaliyyət göstərməsinə icazə verməyəcəyini və hər raket buraxılışına görə bu dövlətin məsuliyyət daşıyacağını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?