Gundemxeber.az » Dünya » Fransalı siyasətçi ölkədə sosial partlayış baş verəcəyini dedi: “Yaxın günlərdə insanların qəzəbi…”
“Fransada pensiya islahatı ilə bağlı sosial partlayış baş verəcək”.
Gundemxeber.az xarici mediaya iatinadla xəbər verir ki, Bu barədə Fransanın “Sarı jiletli vətəndaşlar” assosiasiyasının banisi Tyeri-Pol Valet bildirib.
Valet Fransada pensiya islahatı ilə bağlı vəziyyətin partlayış yaradacağını qeyd edib. Onun təxminlərinə görə, böhran yaxın günlərdə və ya həftələrdə pik nöqtəsinə çatacaq. Tyeri-Pol Valet, həmçinin nümayişçilərin sayının azalmasının müvəqqəti olduğunu vurğulayıb.
“Fransa Prezidenti Emmanuel Makron hər zaman hər kəsi təhrik edir. O, insanları təhrik etmədən dayana bilmir. Emmanuel Makron çətin sosial kontekstə baxmayaraq bu islahatların keçirilməsinə davam edəcək. İnsanların qəzəbi isə daha da artacaq. Etiraz hərəkatı bir-iki həftəyə bitmir”, - deyə o, fikrini yekunlaşdırıb.
Gundemxeber.az
7-05-2017, 23:16
8-05-2017, 19:56
27-03-2023, 16:17
24-04-2018, 15:30
25-11-2017, 19:53
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?