Dünən Fransada prezident seçkilərinin ikinci turu keçirilib.
Birinci turda 24,01% səs toplayan “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və 21,3% səs toplayan Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ikinci turda mübarizə aparıblar. Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həyat yoldaşı Karla Bruni ilə birlikdə Parisdə səs verib. Hazırda ölkə üzrə seçici aktivliyi 28.23 faizdir. “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və Milli Cəbhə Partiyasının lideri Marin Le Pen ailələri ilə birlikdə səs verib. Belçikanın “Soir” qəzetinin Fransanın dənizsahili əyalətlərində seçicilərdən götürdüyü sorğuya əsasən, Emmanuel Makron hazırda liderlik edir. Prezident seçkilərinin ilkin nəticəsi Bakı vaxtı ilə saat 22:00-da elan edilib. İndiyə qədər isə seçicilərin o qədər də fəal olmadığı üzə çıxıb. Belə ki, yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin yalnız 65,3 faizi seçkidə iştirak edib. Seçkilərin birinci turunda 17:00-a qədər artıq seçicilərin 69,42 faizi səs vermişdi. Fransada ikinci tur prezident seçkilərində Makron liderlik edir
Beləliklə dünən Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edib.
Bu barədə RTBF telekanalı xəbər verib.
Məlumata əsasən, səslərin 62-65 faizini toplayan “En Marche” (Yürüş) Hərakatının lideri "Milli Cəbhə"nin lideri Marin Le Peni üstələyib.
Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayıb.
Qeyd edək ki, 39 yaşlı E. Makron Fransanın ən gənc prezidenti oldu.
Sorğu
Yeni dizaynımız necədir?