Minlərlə müxalifət tərəfdarı bazar günü Gürcüstanın paytaxtı Tbilisidə mitinq keçirib. Belə ki, bu Qara dəniz ölkəsinin hökuməti demokratiyadan uzaqlaşma ilə bağlı artan ittihamlarla üzləşir.
Nümayişçilər Gürcüstan parlamenti qarşısında ölkənin həbsdə olan müxalifət lideri, sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkatın təşkil etdiyi mitinqə toplaşıb.
Etirazçılar Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqlarını dalğalandırıb və əllərində "Avropanın gələcəyi naminə" yazılmış nəhəng plakat tutub.
Nümayişçilər səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə altı il həbs cəzasına məhkum edilən Saakaşviliyə istinad edərək, "Yaşasın Mişa" - deyə, qışqırıb. Beynəlxalq insan haqları qrupları ittihamın siyasi motivli olduğunu deyir.
Həkimlərin dediyinə görə, həbsxanada yaranan bir sıra ciddi xəstəliklərə görə Qərbyönümlü islahatçı ölüm riski ilə üzləşib.
Hökuməti idarə edən hakim "Gürcü Arzusu" partiyası rəqiblərini həbs etmək, müstəqil medianı susdurmaq, Kremllə gizli əməkdaşlıq etmək və ölkəni Avropa İttifaqına üzvlük yolundan azdırmaqda ittiham olunur.
Mitinqdə çıxış edən Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili etirazçıların Tbilisiyə formal namizəd statusunun verilməsi üçün şərt olaraq, Avropa İttifaqının tələb etdiyi "siyasi məhbusların azad edilməsi və islahatların aparılması" da daxil olmaqla, etirazçıların tələblərini açıqlayıb.
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili izdiham qarşısında "[Gürcüstan hökuməti Moskvadan idarə olunur və bizim borcumuz vətənimizi rus quldurlarından xilas etməkdir. Biz azadlıqsevər insanlarıq, Avropa ailəsinin bir hissəsiyik, biz rus əsarətini rədd edirik" deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?