Gundemxeber.az » Dünya » Türkiyədə parlament seçkilərində 24 partiya iştirak edəcək
Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkilərinin namizədlik mərhələsi bitmək üzrədir. Gundemxeber.az xəbər verir ki, parlament seçkisinə 24 partiyadan namizəd çıxarılır. 11 partiya mandat uğrunda ayrılıqda mübarizə aparır: Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası.
13 partiya ittifaqlarda yer alır:
Sosialist Güc Birliyi ittifaqı – Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya;
Xalq ittifaqı – Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası;
Əmək və Azadlıq ittifaqı – Yaşıllar və Sol Gələcək Partiyası, Türkiyə Fəhlə Partiyası;
Millət ittifaqı – Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya;
Ata ittifaqı – Ədalət Partiyası, Zəfər Partiyası.
Ali Seçki Qurumunun parlament seçkisinə buraxdığı bəzi partiyaların namizədləri başqa qurumların siyahısındadır. Ədalət və İnkişaf Partiyasının namizədlər siyahısında Demokratik Sol Partiya və Hür Dava Partiyasından, Yaşıllar və Sol Gələcək Partiyasının siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından, Cümhuriyyət Xalq Partiyasının siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından iddiaçılar da var.
600 nəfərlik Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmaq gərəkdir.
Millət vəkilliyinə müstəqil namizədlik mümkündür.
Namizədlərin rəsmi siyahısı aprelin 19-da açıqlanacaq.
Prezidentliyə iddiaçılar bunlardır: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.
İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.
GUNDEMXEBER.AZ24-09-2017, 12:54
2-04-2020, 15:07
25-09-2017, 10:15
17-11-2015, 13:39
7-07-2018, 14:40
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?