Gundemxeber.az » Dünya » Ukrayna 48 minlik ordu ilə əks-hücuma hazırlaşır - “New York Times”
Ukrayna aprelin sonuna qədər hər biri 4000-ə yaxın əsgərdən ibarət 12 briqada hazırlayaraq, may ayında Rusiya qoşunlarına qarşı əks-hücuma başlamağı planlaşdırır.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə “New York Times” Pentaqonun sosial şəbəkəyə sızan məxfi sənədlərinə və digər mənbələrə istinadla yazıb.
Qeyd olunur ki, ABŞ və NATO müttəfiqləri Ukraynanın 9 briqadasına təlim keçir və onları silah-sursatla təchiz edir.
Qəzetin yazdığına görə, Ukrayna ABŞ rəsmilərinə əməliyyat planının bir neçə təfərrüatını versə də, əks-hücumun ölkənin cənubunda, eyni zamanda Krım yaxınlığındakı Azov dənizinin sahil zolağında olacağı gözlənilir.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbounun sözlərinə görə, hər şey bu əks-hücumdan asılıdır.
Qəzet yazır ki, Ukrayna rəsmiləri UAF-ın məqsədinin “Rusiya müdafiəsini yarmaq və rus ordusunu kütləvi şəkildə iflasa uğratmaq”,- olduğunu desələr də, ABŞ rəsmiləri əks-hücumla vəziyyətin Ukraynanın xeyrinə kəskin şəkildə dəyişəcəyinə bir o qədər də inanmırlar.
GUNDEMXEBER.AZ
GUNDEMXEBER.AZ
18-09-2020, 10:39
12-11-2017, 13:52
13-12-2017, 21:06
28-03-2014, 08:53
21-05-2022, 10:47
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?