GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ Ukraynanı əks-hücuma hazırlayır... - Müharibə Moldovaya da sıçraya bilər

ABŞ Ukraynanı əks-hücuma hazırlayır... - Müharibə Moldovaya da sıçraya bilər

Tarix: 21-05-2022, 10:47 Bölmə :Dünya Baxış: 181

ABŞ-ın Ukraynaya yeni yardım paketi Odessa limanının açılmasına kömək edəcək”. Gundemxeber.az ovqat.com-a istinadla xəbər verir ki, ABŞ senatoru Mitç Mak-Konnell “New York Times”a açıqlamasında belə deyib.

Senator ABŞ-ın yeni yardım paketinin Ukrayna-Rusiya müharibəsində yeni səhifə açacağına və Ukrayna ordusunun əks-hücuma keçməsinə şərait yaradacağına inanır.
“Ukraynalılar hücuma keçməyə çalışırlar. Düşünürəm ki, bu silah paketi onlara indi ehtiyac duyduqlarını vermək üçün nəzərdə tutulub. Bu yardım paketi Ukraynaya nəinki quru müharibəsində qalib gəlmək fürsəti qazandıracaq, həm də ümid edirəm ki, Odessa limanının yenidən açılmasına müəyyən təsir göstərəcək”.
Mak-Konnellin fikrincə, Yaxın Şərq və Afrika ölkələrini gözləyən ərzaq çatışmazlığının qarşısını almaq üçün Ukraynaya bu hərbi yardım göstərilməlidir.
Senatorun hərbi yardımdan bəhs edərkən, ABŞ-ın Ukrayna üçün ayırdığı 40 milyard dollarlıq paketi nəzərdə tutduğu aydındır. Bundan əvvəl də ABŞ-ın digər nüfuzlu nəşri “The Washington Post” senatorun iddialarını təsdiqləyən məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 40 milyard dollarlıq yeni hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya “Patriot” zenit-raket sistemləri və uzaq mənzilli artilleriya qurğuları verilə bilər.
Zənnimizcə, “The Washington Post” digər “uzaq mənzilli artilleriya qurğuları”ndan bəhs edərkən mənzili 120-300 km aralığında dəyişilən silahları nəzərdə tutur. Bu barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
ABŞ Senatında qəbul olunan qətnamədə həmçinin Ukraynaya 8 milyard dollardan çox ümumi iqtisadi dəstək, potensial ərzaq çatışmazlığını aradan qaldırmaq üçün təxminən 5 milyard dollar və qaçqınlara 1 milyard dollardan çox vəsaitin ayrılması nəzərdə tutulurdu. Zənnimizcə, yardım paketi barədə sənəddə “potensial ərzaq çatışmazlığını aradan qaldırılması” xüsusunun açıq şəkildə yer alması da Mak-Konnellin irəli sürdüyü ehtimalı dəstəkləyir. Mak-Konnellin bu açıqlamasından aydın olur ki, yaxın zamanlarda Ukraynada müharibənin daha ağır silahlarla aparılması mərhələsi başlaya bilər. Hətta bu müharibənin təkcə Ukrayna ilə məhdudlaşmaması, digər qonşu ölkələrə sıçraması da istisna edilmir. Təsadüfi deyil ki, dünən NATO ittifaqının da gündəmində Moldovanın rus işğalına məruz qalma təhlükəsi var idi. Britaniya Xarici İşlər naziri Liz Truss “The Telegraph” nəşrinə verdiyi açıqlamasında bu iddianı irəli sürmüş, NATO üzvlərinin Moldovanı “rus işğalından qorumaq” üçün ona silah tədarükünü müzakirə etdiyini vurğulamışdı.
O, həmçinin bildirmişdi ki, Böyük Britaniya "Rusiyanın işğal təhlükəsini qorumaq" üçün Moldovaya silah göndərməyə hazırdır.
“Ukraynanın cənub-qərbində yerləşən Moldova NATO-nun üzvü deyil və onun ərazi genişlənməsinə can atdığı üçün Ukraynadan sonra Putinin növbəti hədəfinə çevrilə biləcəyi ilə bağlı qorxular var”, - deyə Liz Truss qeyd etmişdi.
Dünən Fransa Prezidenti Emmanuel Makronun da moldovalı həmkarı Maia Sandunu da rus işğalı ilə əlqədar xəbərdarlıq etdiyi bildirilir.
Məlumata görə, Fransa lideri həmkarına deyib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək.
“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, - Makron bildirib. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağ Ev və Konqres 2 trilyon dollarlıq yardım paketi ilə əlaqədar razılığa gəlib

    Ağ Ev və Konqres 2 trilyon dollarlıq yardım ...

    26-03-2020, 12:11

  • 
  • ABŞ-dan Ukraynaya 11,4 milyonluq yardım

    ABŞ-dan Ukraynaya 11,4 milyonluq yardım ...

    15-04-2014, 10:59

  • 
  • Avropa İttifaqı: “Azərbaycan Ukraynaya pul verməyə hazırdır”

    Avropa İttifaqı: “Azərbaycan Ukraynaya pul ...

    28-02-2014, 13:50

  • 
  • Tramp koronavirusa görə 2 trilyon dollarlıq paketi imzaladı: Böyüklərə 1200, uşaqlara 500 dollar

    Tramp koronavirusa görə 2 trilyon dollarlıq ...

    28-03-2020, 11:14

  • 
  • ABŞ Ukraynaya döyüş təyinatlı silahlar satacaq

    ABŞ Ukraynaya döyüş təyinatlı silahlar satacaq ...

    24-12-2017, 17:00


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (557)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu