GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » AŞPA-da Rusiya və Belarusda siyasi məhbuslarla həmrəylik tədbiri keçirilib

AŞPA-da Rusiya və Belarusda siyasi məhbuslarla həmrəylik tədbiri keçirilib

Tarix: 27-04-2023, 15:05 Bölmə :Dünya Baxış: 186

Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yaz sessiyası çərçivəsində Rusiya və Belarusdakı siyasi məhbuslarla həmrəylik nümayiş etdirən tədbir keçirilib. AŞPA liderləri rusiyalı müxalif siyasi lider Vladimir Kara-Murzanın 25 il həbs cəzasına məhkum edilməsini, Rusiyada və Belarusda siyasi repressiyaları pisləyiblər.

AŞPA Prezidenti Tini Koks bildirib ki, sivil cəmiyyətlərdə siyasi məhbus olmamalıdır və siyasətçilərin öz fikirlərini ifadə etdiklərinə görə həbs edilməsi qəbuledilməzdir.

“Biz bunun Rusiyada baş verdiyini bir həftə əvvəl Vladimir Kara-Murza həqiqəti söylədiyi üçün 25 il həbs cəzasına məhkum ediləndə gördük. Bu, Rusiya hakimiyyətinin biabırçı qərarıdır. Bu gün bu tədbiri keçiririk ki, Avropa Şurasının, bütün siyasi qrupları ilə AŞPA-nın Vladimir Kara-Murza və digər siyasi məhbusların dərhal azad edilməsi çağırışını qətiyyətlə dəstəklədiyini ifadə edək. Ümid edirəm Rusiya hakimiyyətinə çağırışımız onlara öz milli və beynəlxalq öhdəliklərinə zidd hərəkət edənlərin cəzasız qalmayacağını anlamağa kömək edəcək”, AŞPA Prezidenti vurğulayıb.

Tədbirdə Vladimir Kara-Murzanın xanımı Yevgeniya Kara-Murza, habelə həbsdə olan belaruslu Nobel Sülh Mükafatı laueratı Ales Bialiatskininin xanımı Nataliya Pinçuk iştirak edib.

Amerikanın Səsinə danışan Yevgeniya Kara-Murza qeyd edib ki, uzunmüddətli həbs cəzası Rusiya hakimiyyətinin Vladimir Kara-Murzadan nə qədər qorxduğunun etirafıdır.

“Bugünkü Rusiyada rəsmi mövqeyə qarşı çıxmağa cəsarət edən hər kəs rejim və hakimiyyət tərəfindən ya cinayətkar, ya xarici agent, ya casus, ya da satqın kimi göstərilir. Bilirəm ki, Vladimirin bu həbsə baxışı mənim baxışımla eynidir. Bu, hakimiyyətin ondan, onun səmərəli işindən, demokratik dünyanın görmək istədiyi Rusiyanın siması olmasından nə qədər qorxduğunun etirafıdır. Bizə tez-tez sual verirlər ki, Vladimir Putinə alternativ nədir? Bəli, alternativ budur. Müharibəyə etirazını bildirən, Putin rejiminə qarşı çıxan, ölkəmiz üçün fərqli gələcək istəyənlər çoxdur və Vladimir də bu insanlardan biridir”, Yevgeniya Kara-Murza deyib.

AŞPA-nın Vaslav Havel insan hüquqları mükafatının laureatı Vladimir Kara-Murza Putin Rusiyasının Ukraynaya qarşı müharibəsini tənqid etdiyi üçün ötən il həbs edilib. Aprelin 17-si Moskva Şəhər Məhkəməsi onu dövlətə xəyanətdə və Rusiya ordusu barədə saxta məlumat yaymaqda ittiham edərək 25 il həbs cəzasına məhkum edib.

ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələr qərarı pisləyib və Kara-Murzanın dərhal azad edilməsinə çağırıblar. Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zaxarova verilən bəyanatların “Rusiyanın daxili işinə müdaxilə” olduğunu deyib.

Avropa Parlamenti ötən həftə qəbul etdiyi qətnamə ilə Kara-Murzanın, habelə digər siyasi məhbusların dərhal azad edilməsinə, siyasi təqiblərdə, həbs və işgəncələrə görə məsuliyyət daşıyan şəxslərin Avropa İttifaqı tərəfindən sanksiya edilməsinə çağırıb.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Strasburqda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirilib

    Strasburqda Azərbaycandakı siyasi məhbusların ...

    30-01-2020, 16:50

  • 
  • AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana gələcək

    AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi ...

    4-09-2019, 18:28

  • 
  • AŞPA Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edəcək

    AŞPA Azərbaycanda siyasi məhbus məsələsi üzrə ...

    7-06-2018, 17:37

  • 
  • AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır

    AŞPA məruzəçisi siyasi məhbus hesabatı hazırlayır ...

    27-12-2018, 16:14

  • 
  • AŞPA deputatları Azərbaycanda siyasi məhbus hesabatına qayıtmağı vacib sayır

    AŞPA deputatları Azərbaycanda siyasi məhbus ...

    25-04-2018, 19:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu