Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı baş katib Torbörn Yaqlandı Azərbaycanda siyasi məhbuslar haqqında hesabata yenidən qayıtmağa çağırıb.
Sənəd 2013-cü ildə Almaniyadan olan deputat Kristofer Ştrasser tərəfindən hazırlanmışdı və AŞPA-da qəbul edilməmişdi.
Deputatlar buna səbəb kimi AŞPA-nın ayrı-ayrı üzvlərinin korrupsiya faktlarını göstəriblər. Belə ki, bu sənədin baş tutmamasında həmin faktlar rol oynayıb. Bu məsələdə mənfi rol oynayanların sırasında italiyalı deputat Luka Volontenin adı çəkilib.
Araşdırmalar göstərib ki, L.Volonte azərbaycanlı deputatlar Süleymanov və Məmmədovla korrupsiya əlaqələrində olub.
"Bu səbəbdən Azərbaycanda siyasi məhbuslarla bağlı yeni, korrupsiyadan uzaq sənədin hazırlanması zərurəti yaranır", müraciətdə deyilir.
Hələlik T.Yaqlandın müraciətə reaksiyası məlum deyil.
Bununla yanaşı Avropa Şurasının baş katibi Torbörn Yaqland AŞPA-da korrupsiya və deputatların ayrı-ayrı dövlətlər tərəfindən ələ alınması faktını təsdiqləyib.
Strasburqda AŞPA sessiyası zamanı deputatların suallarını cavablandıran T.Yaqland deyib ki, Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə məhbusun (İlqar Məmmədov nəzərdə tutulur) azadlığa buraxılması uğrunda mübarizə gedərkən bu iş AŞPA-da üç qrupun rəhbərləri tərəfindən pozulub.
AŞPA-da korrupsiyanın olmasını təsdiq edən sənədə gəlincə, T.Yaqland qeyd edib ki, diqqətin bu sənəddən yayındırılmasına istənilən cəhd yolverilməzdir.
Rusiyanın AŞPA büdcəsinə üzvlük haqqını ödəməkdən imtina etməsinə toxunan T.Yaqland deyib ki, belə davranış yolverilməzdir və əgər bu, iki il ərzində (2019-cu ilin ortalarına kimi) davam edərsə, o, öz səlahiyyəti bitənə qədər "lazımi tədbir" görəcək./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?