Gundemxeber.az » Dünya » Vəliəhd Salman türk futbolçularına "qarmaq atır" - 150 milyon vəsait ayrılır
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana bağlı bir konsorsium tərəfindən satın alınan İngiltərənin “Nyukasl Yunayted” komandası “Fənərbağça”nın ulduzlarına "elçi" düşüb.
Gundemxeber.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çempionlar Liqasına qatılacağı təqdirdə transfer üçün 150 milyon funt-sterlinq büdcə ayıracaq İngiltərə yığması milli futbolçuları rənglərinə bağlamaq üçün hərəkətə keçəcək.
İngiltərə mətbuatında yer alan xəbərə görə, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Selmanın tövsiyyəsi ilə Çempionlar Liqasına qatılacağı təqdirdə, kluba 150 milyon funt sterlinq transfer büdcəsi ayrılacaq.
Məlumata görə, şahzadənin məsləhəti və baş məşqçinin istəyi ilə İngiltərə komandasının menecerləri Türkiyədə Arda Gülər və Ferdi Kadıoğlunu yaxından izləyirlər: "Əgər komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, o zaman bu iki oyunçu da satın alnacaq".
Xatırladaq ki, "Fənərbağça"da 43 matça çıxan Arda Gülər 9 qol vurub, 9 məhsuldar ötürmə edib. Ferdi Kadıoğlu isə 140 matçda 11 qol vurub, 15 məhsuldar ötürmə verib.
Gundemxeber.az
1-12-2018, 09:10
15-12-2018, 11:49
22-11-2018, 15:33
24-10-2018, 20:02
2-11-2018, 17:05
Sorğu
Yeni dizaynımız necədir?