Gundemxeber.az » Dünya » Təbrizdən olan millət vəkili: “İranda nazirlər parlamentin üzvlərinə rüşvət verirlər” - FOTO
“İranda nazirlər impiçment olunmamaq üçün parlamentin üzvlərinə bahalı hədiyyə və avtomobillər verirlər”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla məlumat verir ki, bu barədə Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki təmsilçisi Əhməd Əlirzabeygi deyib.
O bildirib ki, ölkənin sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əmini impiçment olunmamaq üçün millət vəkillərinə 75 ədəd bahalı avtomobil verib. Millət vəkili qeyd edib ki, bu məsələlərlə bağlı parlament üzvlərinə əlavə imtiyazlar da tanınır. Deputat parlamentin rəyasət heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmalarını tələb edib.
Qeyd edək ki, növbəti həftə sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment olunacağı gözlənilir.
Gundemxeber.az
4-03-2020, 11:00
27-04-2020, 13:56
16-01-2014, 14:02
22-04-2020, 14:43
8-08-2020, 15:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?