Gundemxeber.az » Dünya » Moskvada rusiyalı generalın İnterpolla axtarışda olan oğlu saxlanıldı
Rusiya paytaxtı Moskvada Xarici Kəşfiyyat Xidmətinin generalı, milyarder Aleksey Korotayevin oğlu saxlanılıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, o, İnterpolun (Beynəlxalq Cinayət Polis Təşkilatı) beynəlxalq axtarış siyahısındadır.
Moskva metrosunun “Kutuzovskaya” stansiyasında sima tanıma sistemi olan kamera işə düşüb və İnterpolun beynəlxalq axtarışında olan 36 yaşlı Aleksey Korotayevi tanıyıb.
Məlumata görə, İnterpol Xarici Kəşfiyyat Xidməti generalının oğlunun axtarışına onun uzun müddət yaşadığı İsveçrənin tələbi ilə başlayıb.
Ölkə hakimiyyəti Korotayevi dələduzluqda və etibardan sui-istifadə etməkdə şübhəli bilir. 2017-ci ildə o, həmçinin maliyyə fırıldaqlarında və qanunsuz olaraq 18 milyon avroluq çeki imzalamaqda ittiham olunub. Korotayev o zaman Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üç il müddətinə azadlıqdan məhrum edilib, lakin altı aydan sonra 2000 avro cərimə ödəyib və sərbəst buraxılıb.
Gundemxeber.az
17-01-2021, 22:55
15-09-2017, 11:45
28-10-2014, 13:20
13-09-2013, 10:57
30-10-2017, 15:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?