Moskva və Tehran may ayında İranda Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı saziş imzalaya bilərlər.
Gundemxeber.az bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
“İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə bu məsələni müzakirə etdik. Ölkələrimiz arasında Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı ikitərəfli sazişin imzalanmasına dair görüşümüz oldu. Ümid edirəm ki, sənədi may ayında imzalayacağıq, çünki praktiki olaraq bütün məsələləri razılaşdırdıq və hazırda koordinasiya prosedurları davam edir”, - deyə diplomat bildirib.
Qeyd edək ki, İranın Rusiyadakı səfiri də mayın 3-də bildirib ki, Tehran yaxın vaxtlarda Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması barədə Rusiya ilə saziş imzalamağı və tikintiyə başlamağı gözləyir.
Sorğu
Yeni dizaynımız necədir?