Gundemxeber.az » Dünya » "Arutyunyan Nikol Paşinyanın istəklərinə xidmət edir" - Xakəndidə YENİ GƏLİŞMƏ
Nikol Paşinyan təkcə Xankəndidə deyil, eyni zamanda İrəvanda, Ermənistanın özündə də özünə qarşı olan özünün alternativ hesab etdiyi şəxsləri zərərsizləşdirmək siyasətini hakimiyyətə gəldiyi gündən həyata keçirir. Ruben Vardanyan layihəsi, Moskva tərəfində reallaşdırılarkən, onun İrəvandan Xankəndiyə məcburi şəkildə göndərilməsi də, elə məhz Nikol Paşinyanın təşəbbüsü ilə oldu.
Əslində Ruben Vardanyanı Ermənistanda Gürcüstanda İvanişvili lahiyəsi kimi hakimiyyətə gətirmək istəyən Moskva, Ruben Vardanyanı Ermənistana göndərmişdi. Amma Nikol Paşinyan Ruben Vardanyanın hakimiyyətə gətirilməsi təhlükəsini hiss etdikdən sonra Ruben Vardanyan üçün iki çıxış yolu qoydu. Biri ümumiyyətlə ölkəni tərk edib geri qayıtmaq, digəri isə, onu Xankəndiyə göndərmək idi. Əslində onu Xankəndiyə göndərməklə Nikol Paşinyan daha uğurlu addım atmış oldu. O, Ruben Vardanyanı gözdən salmaqla, əslində Ruben Vardanyan layihəsini uğursuzluğa düçar etməklə ona qarşı hərhansı bir digər lahiyənin reallaşmamasının əsasını qoya bildi.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. Politoloqun fikrincə, indi də, bu proseslər davam edir. Hər bir halda Nikol Paşinyan Ruben Vardanyan lahiyəsi uğursuzluğa düçar olandan sonra, digər şəxsləri də özünün rəqibi və alternativi kimi hiss edir. Bu məsələdə bu qənaətə gəldikdən sonra dərhal həmin şəxslərin üzərinə hücuma keçir.
“Hazırda Araik Arutyunyanla bağlı da Xankəndidə Nikol Paşinyanın addımlarının şahidi oluruq. O, mümkün qədər Araik Arutyunyanın Xankəndidə saxlamaq, onun Nikol Paşinyan hakimiyyətinə, iqtidarına qarşı çıxmağının qarşısını almaq siyasətini daim davam etdirib. İndi də eyni proseslər davam edir. Biz bilirik ki, Araik Arutyunyanın ətrafını alan bir sıra şəxslər məhz Nikol Paşinyanın göstərişi əsasında orda mövcuddur və orda fəaliyyət göstərirlər”,- deyən politoloq bildirib ki, hər bir halda Xankəndində baş verən bu proseslər bir daha ordakı erməni əsilli, Azərbaycan vətandaşlarına isbat edir ki, həm Xankəndidə olan cinayətkar ünsürlərinin qondarma tör-töküntülərinin və onlara rəhbərlik edən şəxslərin, həm də elə Ermənistan hakimiyyətinin əsas marağı oradakı erməni əsilli Azərbaycan vətandaşlarının hüquqlarının qorunması ilə bağlı deyil. Əksinə, Nikol Paşinyan öz hakimyətini qorumağa, onun ömrünü uzatmağa çalışır. Araik Arutyunyan və onun ətrafında olan şəxslərdən bəziləri Nikol Paşinyanın istəklərinə, onun siyasi xəttinə, kursuna xidmət edir. Digərləri də təbii ki, Araik Arutyunyanın və yaxud digər şəxslərdə özlərinin maraqlarına, şəxsi ambisiyalarına xidmət edən siyasət yürüdürlər. Bu prosesin bu şəkildə davam etməsi əslində reallıqları ortaya çıxarır.
Politoloqun fikirncə, artıq Xankəndində yaşayan erməni əsilli Azərbaycan vətandaşları anlamağa başlayıblar ki, bu məsələdə yəni onların hüquqlarının qorunması gələcəkdə onlara hər hansı bir üstün hüquqların veriləcəyi və yaxud hətta “rejimə” hansısa bir status verilməsilə bağlı idealar itopiyadır. Bunun reallaşması istiqamətində Ermənistan və qondarma rejimin nümayəndələri nəinki heçnə edə bilməyəcək, ümumiyyətlə etmək istəmir. Çünki bu vəziyyətin bu şəkildə davam etməsi bir çoxlarının, o cümlədən də Nikol Paşinyanın özünə də sərf edir. Onun da maraqlarına xidmət edir.
Politoloq hesab edir ki, bu prosesin bu şəkildə davam etməsi, ən son baş verən o təxribatlar nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar və ümumiyyətlə prosesin bizim istədiyimiz istiqamətə irəliləməsi, Laçın yolunda Azərbaycanın sərhəd buraxılış məntəqəsini istifadəyə verməsi, artıq erməni əsilli Azərbaycan vətandaşların da ümumiyyətlə, təkcə Xankəndində deyil ətraf ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətandaşlarında fikir formalaşdırıb ki, sadəcə vaxt uzatmağa xidmət edən Ermənistan hazırki hakimiyyətin və oradaki qondarma rejiminin siyasəti artıq tükənmək üzrədir.
Xəyal Bəşirovun sözlərinə görə, oradakı erməni əsilli Azərbaycan vətandaşları düzgün seçim edəcəklər və Azərbaycan prezidenti İlham Əliyev onlara 30 ildən sonra tarixdə ilk dəfə inkişaf etmiş dövlətin Azərbaycanın vətandaşı olmaq şansını dəyərləndirəcəklər.
Politoloqun fikrincə, bu proseslər əslində Xankəndində olan Araik Arutyunyanla Ermənistanın baş naziri Nikol Paşinyan gərginliyi biraz da artıracaq.
“Diqqət etsək görərik ki, onlar arasında görüş xeyli müddət öncə baş tutub və onların təmasları demək olar yoxdu. Ən son Ermənistanda hakimiyyət ordakı rejimə Azərbaycanın pulu ilə 15 milyon manat pulun ayrılması ilə bağlı məlumat sızdırdı. Təbii ki, bu da həmin o rejimi nəzarət altında saxlamaq, onun gələcəkdə Nikol Paşinyan tərəfindən təhdid yaradacağı ilə bağlı proseslərin qarşısını almağa xidmət edir. Məhz, bu maliyə vəsaitləri ilə əslində Nikol Paşinyan orada olan öz tərəfdarlarına dəstək nümayiş etdirir. Onların Araik Arutyunyan və onun ətrafında qruplaşmasına tam şəkildə ciddi nəzarət etmələrini təmin etməyə çalışır”-deyən politoloq bildirib ki, çəmbər artıq daralır və qondarma rejimin nümayəndələri də anlayırlar ki, artıq onların manevr etmək, qanunsuz və hüquqa zidd atdımlar atmaq imkanları gündən-günə tükənməkdədir. Təbii ki, bunun bir sonu olacaq. Hər bir halda Azərbaycan ərazilərində atılacaq istənilən addımları, Azərbaycan dövlətinin rəsmi mövqeyini hər an gözləyirlər.
Politoloq hesab edir ki, burada əsas məsələ oradakı erməni əsilli Azərbaycan vətəndaşlarının birləşərək, sərt mövqe ortaya qoymaları ilə bağlıdır. Bu da gec-tez baş verəcək.
GUNDEMXEBER.AZ
14-02-2023, 22:33
21-10-2020, 14:44
5-09-2022, 16:55
25-02-2021, 15:36
11-04-2019, 12:46
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?