Gundemxeber.az » Dünya » Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb
ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun andiçmə mərasimindən sonra ən aşağı həddə düşüb.
Gundemxeber.az bildirir ki, bunu bazar günü dövlət başçısının 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilmək qərarını elan etməsindən sonra “The Washington Post” və ABC televiziyası tərəfindən aparılan sosioloji araşdırmanın nəticələri sübut edir.
Məlumata görə, hazırda respondentlərin yalnız 36%-i Baydenin dövlət başçısı kimi fəaliyyətini bəyənir. Halbuki, fevralda bu göstərici 42% olub.
Eyni zamanda, demokratların tərəfdarları arasından respondentlərin 58%-i partiyanın Baydeni seçkilərdə namizəd kimi irəli sürməsinə qarşıdır.
Bundan əlavə, sorğuya əsasən, əgər prezident seçkiləri indi keçirilsəydi, o zaman ABŞ vətəndaşlarının 44%-i Trampa, 38%-i isə hazırkı dövlət başçısına səs verərdi.
Gundemxeber.az
21-01-2021, 14:55
24-04-2017, 11:01
5-02-2020, 15:21
16-07-2017, 22:30
8-07-2019, 20:12
Sorğu
Yeni dizaynımız necədir?