Gundemxeber.az » Dünya » Konqoda leysan yağışları 400-ə yaxın insanın ölümünə səbəb olub
Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri 394 nəfərin həyatına son qoyub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə bazar günü, mayın 7-də yerli administrasiyanın nümayəndələri xəbər veriblər.
Ölənlərin cəsədlərinin Buşu, Nyamukubi kəndlərində və Kivu gölündə tapıldığı bildirilir.
Respublika hakimiyyəti 8 may tarixini daşqınlar nəticəsində həlak olanlar üçün milli matəm günü elan edib.
Qeyd edək ki, Ruanda ilə həmsərhəd olan Cənubi Kivuda daşqın və sürüşmələr qeyri-adi deyil. Bu həftə Ruandada da leysan yağışlar daşqınlara səbəb olub. Nəticədə 130 nəfər ölüb, 5 mindən çox ev dağılıb.
Gundemxeber.az
10-06-2019, 10:51
15-12-2022, 12:03
10-07-2018, 11:43
14-12-2022, 14:20
16-04-2017, 10:30
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?