Gundemxeber.az » Dünya » Ukraynalılar çoxdan gözlənilən yaz əks-hücumuna hazırlaşır
Ukraynalılar cəbhə xəttində olmasalar belə, müharibəyə hazırdırlar. Çox şiddətli və çox gözlənilən yaz əks-hücumu hər gün başlaya bilər. Lakin Ukraynanın müdafiə naziri bu yaxınlarda ölkəsinin cavab zərbələrinə həddən artıq ümid bəsləməmək barədə xəbərdarlıq edib.
Ukrayna Milli Qvardiyasının əsgərlərinin ölkənin mərkəzində döyüşə hazırlaşması tanış mənzərədir. Ukrayna ordusunun bir ildən artıqdır ölkədəki işğalçı Rusiya qüvvələrinə qarşı hazır olması qeyri-adi hal deyil. Lakin piyada hücum dəstəsinin bu təlimi fərqlidir. Belə ki, bu, Rusiyanın qış hücumları zamanı əldə etdiklərini geri almaq üçün gözlənilən yaz əks-hücumuna hazırlıqdır.
Associated Press agentliyinin xəbər verdiyinə görə, Ukraynanın təxminən beşdə bir hissəsi Rusiyanın əlindədir.
Rusiya qüvvələrinin geri çəkildiyi yerlərdə onların mövcudluğu ilə bağlı xatırlatmalar qalır. Ukraynanın bir vaxtlar günəbaxanların çiçək açdığı, fermerlərin buğda yetişdirdiyi cənubunda indi həm həyat, həm də dolanışıq üçün təhlükə yaradan mina tarlaları var. Fermer Oleh Usxalo: "Müflis olmaq mümkündür. Daha bir il davam edə bilərik. Avadanlıqlar təmir edilməlidir. Ancaq hökumətin yardımı olmadan (və) keçən ilin yanmış məhsulu üçün kompensasiya olmadan əgər tarlalar minalardan təmizlənməsə, əkin olmayacaq."
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, kənd təsərrüfatı sənayesinin davamlı şəkildə pozulması Ukrayna üçün dağıdıcı ola bilər, çünki bu, ölkənin ixracdan əldə etdiyi əsas gəlir mənbəyidir.
Ukraynanın paytaxtı Kyivdə onlarla insan qan vermək üçün qollarını çırmalayıb. Bəzi insanlar əvvəllər qan versələr də, onlar yaxşı bilirlər ki, bu gün qanvermə aksiyası ön cəbhədə çox lazımlı dəstəyi verə bilər. Liliya Şkabura: "(Bu) həyatları xilas edir. İşğaldan əvvəl də mən qan verirdim, çünki bizdə çox əməliyyatlar və ya buna bənzər şeylər olduğu üçün xəstəxanalara yeni qan lazım olur. İndi isə bu, daha vacibdir, belə ki, bir çox döyüşçünün əməliyyata və qana ehtiyacı var".
Ukrayna prezidenti Volodimir Zelenski Qərbin F-16 qırıcıları kimi qabaqcıl hərbi texnikasına ehtiyac olduğunu desə də, bu yaxınlarda yaz əks-hücumunun onlarla və ya onlarsız da baş verəcəyini bildirib.
Ukraynanın Donetsk bölgəsində maskalı əsgərlər döyüş meydanında yüksək kimyəvi maddələr və radiasiyanı aşkar etmək üçün məşq etdikləri zaman Birinci Dünya Müharibəsi dövrünün döyüş hazırlığı ilə qabaqcıl imkanlar birləşdirilir.
Ukraynanın müdafiə naziri yaz əks-hücumunun nəyə gətirib çıxara biləcəyi ilə bağlı gözləntiləri azaltmağa çalışarkən, Zelenski bu yaxınlarda The Washington Post qəzetinə müsahibəsində uğurun vacibliyini vurğulayıb. O deyib ki, bu uğur təkcə döyüş meydanında deyil, Ukraynanın daha çox dəstək gözlədiyi Qərb üçün də çox vacibdir.
Gundemxeber.az
2-05-2023, 14:30
8-02-2017, 00:42
29-04-2019, 13:24
2-03-2022, 18:14
23-02-2022, 18:28
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?