Gundemxeber.az » Dünya » İsrailə 400-dən çox raket atıldı – YENİLƏNİB
Qəzza zolağından İsrail ərazisinə sutka ərzində 400-dən çox raket atılıb.
Gundemxeber.az xarici mediaya istinala bildirir ki, bu barədə çərşənbə günü yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant məlumat verib.
“Son 24 saat ərzində İsrailə 400-ə yaxın raket atılıb. Onların əksəriyyəti ya Qəzza zolağının ərazisinə düşüb, ya da açıq ərazilərdə partlayıb”, - Qalant baş nazir Benyamin Netanyahu ilə birlikdə həmyerliləri qarşısında çıxışı zamanı deyib. “Təəssüf ki, yaşayış binalarına bir neçə zərbə dəyib”, - nazir əlavə edib. O, İsrail ordusunun hadisələrin istənilən inkişafına hazır olduğunu və “qələbə üçün hər şeyi edəcəyini” vurğulayıb. “Biz lazım gələrsə, güclü zərbə endirə bilərik. Kiminsə bizə meydan oxuduğu, vətəndaşlarımıza və ya İsrailin müstəqilliyinə zərbə endirməyə çalışdığı üzə çıxsa, tərəddüd etməyəcəyik”, - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
19:10
İsrailin Təl-Əviv və digər şəhərlərində raket hücumu xəbərdarlığı işə düşüb. Bundan sonra partlayış səsləri eşidilib.
Qeyd edilir ki, hava xəbərdarlığı Qəzza zolağından raket hücumları səbəbindən aktivləşdirilib.
İsrailin cənubundakı Sdeorot şəhərindəki evlərdən birinə də raket düşüb. Zərbə nəticəsində xəsarət alan olmayıb.
Tel-Əvivə raket hücumları zamanı təyyarələrin Ben Qurion hava limanına enişi qısa müddətə dayandırılıb.
Aşkelon xəstəxanasına raket hücumları zamanı sığınacağa çatmağa çalışan iki zərərçəkmimş daxil olub. Həmçinin, daha 3 nəfərə ciddi narahatlıqla bağlı tibbi yardım göstərilib.
Gundemxeber.az
23-07-2017, 16:44
23-01-2019, 11:36
11-05-2021, 15:41
18-06-2018, 10:31
27-06-2017, 17:45
Sorğu
Yeni dizaynımız necədir?