Gundemxeber.az » Dünya » Peskov: “Kreml Bakı və İrəvanı təmkinli olmağa çağırır”
“İrəvanla Bakı arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları planlaşdırılmır”.
Gundemxeber.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Buna baxmayaraq, Rusiya əvvəllər imzalanmış üçtərəfli sənədlərə uyğun olaraq öz funksiyalarını yerinə yetirməkdə davam edir.
“Srağagün Putin Qələbə bayramı münasibətilə Moskvada olan Paşinyanla ayrıca söhbət edib. Azərbaycan tərəfi ilə təmaslar davam edir”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfləri təmkinli olmağa çağırır.
Gundemxeber.az
3-09-2018, 11:13
9-10-2020, 15:41
17-12-2019, 10:26
26-03-2016, 17:33
2-04-2016, 13:53
Sorğu
Yeni dizaynımız necədir?