“Ankarayla barışıq siyasəti aparılmasına çalışılan vaxtda İrəvanda “Nemezis”ə abidə qoyulması yersiz idi”.
Bu fikri mayın 11-də Ermənistanın baş naziri və “Vətəndaş Sazişi” partiyasının idarə heyətinin rəhbəri Nikol Paşinyan hakim qüvvənin təşəbbüs qrupunun iclasında bəyan edib.
Nəşrin məlumatına görə, gündəm Ermənistanın xarici siyasət prosesləri və təhlükəsizlik məsələləri olub.
Bildirilir ki, Paşinyan çıxışında mayın 9-da Moskvaya getməsi və orada Qələbə Günü tədbirlərində iştirak etməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamlara toxunub.
Qəzetdə Ermənistanın hökumət başçısının bu səfərə görə Ukrayna və Qərbin tənqid hədəfinə çevrildiyi xatırladılıb və bildirilib ki, Ukrayna MDB-nin yeddi ölkəsinin liderlərinin Moskvada keçirilən tədbirlərdə iştirakını “əxlaqsızlıq və qeyri-dostluq” hesab edib.
İclas zamanı Paşinyan həmfikirlərinə ölkəsinin həyati maraqları üçün düzgün qərar verdiyini bildirib. O, görüş iştirakçılarına xatırladıb ki, Ermənistan qazı İrəvanın strateji tərəfdaşı olan Rusiyadan alır və onun Moskvadakı paradda iştirakdan imtinası təhlükəli qumar olardı.
“Üstəlik, Paşinyan vurğulayıb ki, Rusiya Ukraynada uğursuzluğa düçar olar və uduzarsa, Ermənistanın başına nə gələ biləcəyini təsəvvür etmək belə, istəmir. Paşinyan partiyadaşlarına bu halda “Ermənistan yüz il əvvəlki hadisələrin təkrarı və müstəqilliyini itirməsi ilə üzləşəcək” deyib. Baş nazir onu da bildirib ki, Türkiyə-Azərbaycan tandeminə qarşı təkbaşına müqavimət göstərə bilməyəcəyik”, - deyə nəşrdə bildirilib.
İclasda Paşinyan İrəvanda Azərbaycan və Türkiyə siyasətçilərini qətlə yetirən terrorçulara abidə ucaldılmasından da danışıb. Baş nazir vurğulayıb ki, hökumətin Türkiyə ilə barışıq siyasəti aparmağa çalışdığı bir vaxtda belə bir abidənin qoyulması yersiz idi. O, terrorçulara abidə qoyulacağından xəbəri olmadığını, onunla bu məsələnin müzakirə edilmədiyini deyib.
Lakin Paşinyan bu abidənin sökülüb-sökülməyəcəyi barədə sualdan yayınıb.
Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və icra hakimiyyətinin digər nümayəndələri iştirak ediblər. Mirzoyan partiya funksionerlərinə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın əvvəlində baş tutan görüşdən danışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?