Gundemxeber.az » Dünya » Ukrayna Ali Məhkəməsinin sədri rüşvət alarkən saxlanılıb
İtaliyanın dövlət borcunun həcmi martda fevral ayı ilə müqayisədə 17,8 milyard avro artaraq 2,79 trilyon avro olub. Bununla da dövlət borcu tarixi maksimuma çatıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu nəticə yerli mərkəzi bankın statistikasında əks olunub.
“Yeni tarixi rekord! Avropa Mərkəzi Bankının yeni məhdudlaşdırıcı monetar siyasəti ilə bağlı faiz dərəcələrinin artması fonunda bu eksponensial artım narahatlıq və həyəcan doğurur”, - deyə İtaliya Milli İstehlakçılar Birliyinin prezidenti Massimiliano Dona bildirib.
O əlavə edib ki, əgər dövlət borcu bütün italiyalılar arasında bölünərsə, o zaman hər bir vətəndaşa 47,4 min avro, hər bir ailəyə isə 106 min avrodan çox məbləğdə borc düşər.
Buna baxmayaraq Avropa Komissiyası (Aİ-nin icra orqanı) may ayı üçün iqtisadi proqnozunda İtaliyanın dövlət borcunun ÜDM-ə nisbətdə azalacağını proqnozlaşdırıb. Avropa Komissiyası hesab edir ki, 2022-ci ilin yekununa görə, suveren borc ÜDM-in 144,4 faizini təşkil edib, 2023-cü ildə isə 140,4 faizə qədər azalacaq. Analitiklərin fikrincə, dövlət borcunun həcmi azalmağa davam edəcək, onun tempi isə aşağı düşəcək.
GUNDEMXEBER.AZ
3-12-2014, 22:27
17-02-2016, 13:30
12-11-2015, 18:06
27-06-2017, 17:27
15-02-2018, 11:05
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?