Meksikanın şimalında bir sərnişin mikroavtobusu və yük daşıyan maşınının toqquşması nəticəsində 26 nəfər həlak olub.
Şimal sərhədindəki Tamaulipas ştatının prokurorları və polisi ölənlərin sayının ilkin hesablama olduğunu bildirib. Mikroavtobus və yük maşını alovlanıb.
Yük qoşqusunu çəkən taksinin hadisə yerində tapılmaması ilə sürücünün onu ayırıb qaçdığı ehtimal edilir.
Rəsmilər qəzanın ştatın paytaxtı Syudad Viktoriya şəhəri yaxınlığındakı magistral yolda baş verdiyini və səbəbinin araşdırıldığını bildiribl.
Yerli media qurbanların çoxunun gəzintidən qayıdan böyük ailənin üzvləri ola biləcəyini desə də, səlahiyyətlilər bunu təsdiqləməyib.
Meksikada baş verən analoji qəzalarda ölənlərin sayının çox olması miqrant qaçaqmalçılığı ilə əlaqəli həddindən artıq yüklənmiş nəqliyyat vasitələri ilə əlaqələndirilir.
Sorğu
Yeni dizaynımız necədir?