2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək səviyyəyə çatıb. Onlara ölüm hökmü çıxarılıb və 20 ölkədə 883 nəfərin barəsində çıxarılan hökm icra olunub.
Gundemxeber.az bildirir ki, bu, ötən illə müqayisədə 53% çoxdur.
Bu barədə “Amnesty International”ın yaydığı hesabatda qeyd edilir.
Qeyd olunur ki, edamların sayında kəskin artım Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verib. Burada göstəricilər 2021-ci ildə 520 idisə, 2022-ci ildə 825-ə çatıb.
İranda il ərzində edamların sayı 314-dən 576-ya, Səudiyyə Ərəbistanında 65-dən 196-ya, ABŞ-də 11-dən 18-ə yüksəlib. Misirdə 2002-ci ildə 24 nəfər edam edilib.
Sorğu
Yeni dizaynımız necədir?