Birləşmiş Millətlər Təşkilatının son hesabatına görə, 2025-ci ildə dünyada insanların sayı 8,1 milyarda, 2050-ci ildə isə 9,6 milyarda çatacaq. 2100-cü ildə dünya əhalisinin sayının 10,9 milyard nəfərə çatacağı gözlənilir. Əhali artımının əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşanacaq.
Hindistan isə əhalinin sayına görə Çini keçəcək. Əhalisi ən sürətlə artan dövlətlər dünyanın ən yoxsul 49 ölkəsi olacaq və 2050-ci ildə həmin ölkələrdə əhalinin sayı indiki durumla müqayisədə 2 dəfə artıq olacaq.
Hazırda inkişaf etməkdə olan ölkələrdə 5,9 milyard insan yaşayır.
Afrika ölkələrində əhalinin sayı hazırda 1,1 milyard nəfərdirsə, 2050-ci ildə 2,4 milyard, 20100-cü ildə isə 4,2 milyard nəfər təşkil edəcək.
İnkişaf etmiş ölkələrdə tamamən əks mənzərə müşahidə ediləcək. Belə ki, 2100-cü ilədək Avropa Birliyi ölkələrində əhalinin sayı 14 faiz azalacaq.
Hazırda dünyada kişilərin sayı qadınlardan çoxdur. 7162119000 insanın 361047000 nəfəri kişi, 3551649000 nəfəri isə qadınlardır.
Kişilərin qadınlardan ən çox olduğu ölkələr Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandır.
Sorğu
Yeni dizaynımız necədir?