Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü ötən ay Sudanda başlayan münaqişənin təsirinə məruz qalanlar üçün 3 milyar dollarlıq yardıma çağırış edib.
BMT-nin humanitar agentliyi hələ də Sudanda olanlara yardım etmək üçün 2.6 milyard dollara ehtiyacının olduğunu deyib və bildirib ki, ölkədə 25 milyon insanın humanitar yardım və qorunmaya ehtiyacı var.
Cenevrədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin başçısı və Koordinasiya Diviziyasının direktoru Rameş Racasinqam deyib ki, Sudanda döyüşlər “Sudan xalqına amansız zərbə”dir.
Racasinqam bildirib ki, münaqişə nəticəsində azı 676 nəfər ölüb, həqiqi tələfat sayı isə çox güman ki, daha yüksəkdir.
Qalan 400 milyonu isə BMT-nin qaçqınlar agentliyi Sudandakı döyüşlərdən qaçmaq üçün qonşu ölkələrə qaçanlara yardım etmək üçün istəyib.
Cenevrədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin idarələrarası dəstək şöbəsinin müdiri Mervat Şelbaya çərşənbə günü brifinqdə deyib ki, döyüşlər 950 min insanı evlərindən didərgin salıb və 220 min insanı qonşu ölkələrə keçməyə məcbur edib.
General Andel Fəttah Əl-Bürhanın başçılıq etdiyi Sudan ordusu general Məhəmməd Həmdan Daqalonun başçılıq etdiyi hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinə qarşı döyüşür.
Bu iki general 2021-ci ilin oktyabrında 2019-cu ildə uzun müddət lider olan Ömər Bəşirin devrilməsindən sonra mülki hakimiyyətə keçidinə mane olan hərbi çevrilişi birlikdə təşkil edən keçmiş müttəfiqlərdir.Generallar arasında gərginlik Çevik Dəstək Qüvvələrinin orduya necə inteqrasiya olması və bu prosesə kimin nəzarət etməli olduğu ilə bağlı fikir ayrılıqları səbəbindən artıb. Ordunun yenidən qurulması ölkədə mülki hakimiyyəti bərpa etmək və 2021-ci ildə hərbi çevrilişdən qaynaqlanan siyasi böhrana son qoymaq səylərinin bir hissəsi idi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?